Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 99-100

O gün Yəcuc və Məcuc tayfalarını axışıb bir-birinə qarışmış halda buraxarıq. Sur üfürülən kimi məxluqatın hamısını bir yerə toplayarıq. O gün Biz Cəhənnəmi kafirlərə aşkar göstərərik. (Kəhf surəsi, 99-100)

Bütün kainatın da bir ölümü olduğu Quranda bildirilmişdir. Ölümlü olan yalnız insan deyil. Bütün heyvanlar, bitkilər, planetlər, qısacası yaradılmış olan canlı-cansız bütün maddi varlıqlar bir gün mütləq yox olacaqlar. Quranda bu gün, "İnsanların, aləmlərin Rəbbi üçün qalxacağı ..." (Mutaffifin surəsi, 6) gün şəklində təsvir edilir.
Qiyamət dəhşət verici bir gündür. O gün əvvəlcə iman gətirməmiş olanlar, Allahın əzəmətini, qüdrətini ilk dəfə, həm də çox böyük bir şiddətlə hiss edəcəklər. Məhz bu səbəblə qiyamət, inkarçılar üçün başlı-başına böyük bir əzab, dəhşət, peşmanlıq, acı və qarışıqlıq günüdür. Qiyaməti görən insan, heç bir şəkildə təsvir edilə bilməyəcək, dünyadakı bütün qorxulardan yüzlərlə qat şiddətli olan bir qorxuya qapılacaq.
Qiyamətin başlanğıcı Sura üfürülməsi ilə başlayar. Bu, dünyanın və bütün kainatın kütləvi məhvinin və sonun başlanğıcının işarəsidir. Artıq geriyə dönüş yoxdur. Dünya həyatının hər kəs üçün tamamilə bitib həqiqi həyatın, yəni axirətin başladığının səsidir bu. Bu səs, inkar edənlərin ürəklərində kəsilməz və sonsuza qədər daşıyacaqları qorxu, dəhşət, acizlik və çaşqınlığı başladan ilk səsdir. Müddəssir surəsində qiyamət gününün inkar edənlər üçün necə bir an olduğu belə ifadə edilir:  
 
Sur üfürülərkən – Çətin bir gün olacaq. Həmin gün kafirlərə asan olmayacaqdır. (Müddəssir surəsi, 8-10)

Kəhf surəsinin bu ayələrində də qiyamət anında bu qövmlərin dalğalar halında bir-birlərinə keçəcəyinə diqqət çəkilir. İnsanlar, ölüm qorxusunun verdiyi sərxoşluq içində dalğalanar kimi bir ora, bir bura gedəcəklər. İdarələrini tamamilə itirəcək, qorxu içində nə etdiklərini, hara getdiklərini çaşacaqlar.
İnsan dünyada qiyamətdən nə qədər qəflətdə və ona qarşı nə qədər hazırlıqsız olarsa, o gün qapılacağı dəhşət də o cür böyük olar. Bu qorxu və dəhşət hissi, özünə ölüm anı gəlməsindən etibarən sonsuza qədər arxasını buraxmayacaq. Bu qorxunun, uşaqların saçlarını belə bir anda ağarda bilən bir qorxu olduğu ayələrdə belə xəbər verilir:
 
Əgər küfr etsəniz, uşaqların saçlarının ağaracağı gündən necə yaxa qurtaracaqsınız? O gün göy parçalanacaq. Allahın vədi mütləq yerinə yetəcəkdir. (Müzzəmmil surəsi, 17-18)

Allahı, o günə qədər etdiklərindən xəbərsiz olduğunu zənn edənlər o anda özlərinin əslində qiyamət gününə qədər vaxt verilmiş aciz qullar olduqlarını anlayarlar. Çünki Allah, o zamana qədər ayədə bildirildiyi üzrə; "... Onları yalnız gözlərin dəhşətlə bərələcəyi bir günə təxirə salar." (İbrahim surəsi, 42) Digər ayələrdə də, inkarçıların qorxu və çaşqınlığı belə təsvir edilir:
 
Qəlbləri Qorxuya salan! Qəlbləri Qorxuya salan nədir? Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir? O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar. Dağlar isə didilmiş yun görkəmi alacaqdır (Qariə surəsi, 1-5)

Həcc surəsindəki ayələrdə isə, insanların sanki şüurlarını itirdikləri, şüursuzcasına qaçdıqları bu şəkildə çatdırılır:
 
Ey insanlar! Rəbbinizdən qorxun! Həqiqətən, o Saatın sarsıntısı müdhiş bir şey olacaqdır. Onu görəcəyiniz gün hər bir əmzikli qadın əmizdirdiyini unudacaq, hər bir hamilə qadın bətnindəkini salacaqdır. İnsanları sərxoş görəcəksən, halbuki onlar sərxoş olmayacaqlar. Lakin Allahın əzabı hədsiz şiddətlidir. (Həcc  surəsi, 1-2)

İnsanların o günkü çarəsizliyini izah edən ayələrdən bir neçəsi da belədir:

Ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: “Hara qaçaq?” Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. (Qiyamət surəsi, 8-12)