Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 107-108

İman gətirib xeyirxah əməllər işləyənlərin məskəni isə Firdovs bağları olacaqdır. Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər. (Kəhf surəsi, 107-108)

Daha əvvəl də vurğuladığımız kimi qiyamət günündə saleh möminlər, bütün həyatları boyunca etdikləri əməllərin yazılmış olduğu hesab dəftərlərini "sağ tərəflərindən" alacaqlar. Bu tərif, Quranda "asan" hesaba çəkiləcək və cənnətlə mükafatlandırılacaq insanlar üçün istifadə edilmişdir. Bu mövzuyla əlaqədar bəzi ayələr belədir:
 
Artıq kimin kitabı sağ əlinə verilsə. O, asan bir hesab (sorğu) ilə sorğuya çəkiləcək. Və öz yaxınlarına sevinc içində dönmüş olacaq. (İnşiqaq surəsi, 7-9)

Hesaba çəkilmələri bitdiyində artıq möminlər, xilas olmanın sevinci içindədirlər. Ayədə möminlər üçün belə hökm edilir:
 
"Oraya sağ-salamat və təhlükəsizliklə daxil olun." (Hicr surəsi, 46).

Özünə "cənnətə gir" deyilən mömin bir adam isə, belə söyləyər:

.. Kaş qövmüm də bir bilsəydi, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindənəm. (Yasin surəsi, 26-27)

Bir başqa ayədə də Allah, cənnət əhlini belə müjdələyir:
 
... Bu, doğru danışanlara, doğru ifadəyələrinin fayda verəcəyi gündür. Onlar üçün, içində əbədi qalacaqları, altından çaylar axan cənnətlər vardır ... (Maidə surəsi, 119)

Cənnətdə möminləri sonsuz nemətlər gözləyir. Ayələrdə cənnət nemətlərindən bu şəkildə bəhs edilir:
 
Onlar Ədn bağlarına daxil olacaq, orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcəklər. Libasları da ipəkdən olacaqdır. Onlar deyəcəklər: “Qəm-qüssəni bizdən uzaq edən Allaha həmd olsun! Həqiqətən, Rəbbimiz Bağışlayandır, şükürün əvəzini verəndir. Öz lütfü ilə bizi əbədi iqamətgahda yerləşdirən Odur. Orada bizə nə bir yorğunluq üz verəcək, nə də bir üzgünlük toxunacaqdır!” (Fatir surəsi, 33-35)

Cənnətdəki nemətlərin göz qamaşdırıcılığını sözlərlə təsvir etmək mümkün deyil. Ayələrdə də bildirildiyi kimi cənnət, insanın beş duyğusuna mümkün qədər ən böyük zövq və ləzzətlərin daddırıldığı bir məkandır.
Ancaq cənnətin bütün bunlardan çox daha üstün olan ən böyük neməti, Allahın razılığıdır. Möminin Allahın razılığını qazandığından ötrü hiss etdiyi sevinc və hüzurdur. Bundan əlavə, Allahın verdiyi hər şey üçün Ondan razı olmağın, Ona daimi şükür içində olmağın verdiyi əsl xoşbəxtlikdir. Quranda, cənnət əhlinin bu xüsusiyyətinə bu şəkildə diqqət çəkilir:

"... Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Bu, böyük uğurdur." (Maidə surəsi, 119)