Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 94

Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc və Məcuc tayfaları yer üzündə fitnə-fəsad törədirlər. Bəlkə biz sənə xərac verək, sən də bizimlə onlar arasında bir sədd düzəldəsən?” (Kəhf surəsi, 94)

Ərəb dilinə başqa bir dildən girdikləri təxmin edilən Yəcüc və Məcüc sözləri ilə yer üzündə fitnə-fəsad törədən bir birliyə diqqət çəkilir. Necə ki, İslam alimləri də şərhlərində Yəcüc və Məcücün o bölgədə zorakılıq edən, fitnə-fəsad çıxaran, insanlara zülm edən bir və ya bir neçə tayfa olduqlarını ifadə edirlər.
Yəcüc və Məcücün fitnələri səbəbiylə çətin vəziyyətdə olan bu qövm, hz. Zülqərneynin onlara kömək etməsini istəyir, bu köməyin qarşılığında da ona vergi verməyi təklif edirlər. Buradan hz. Zülqərneynin tək başına bir adam olmadığı, bir dövləti idarə etdiyi aydın olur. Eynilə hz. Süleyman kimi hz. Zülqərneyn də dövlət gücünə və hərbi gücə malikdir.
Ayədə işarə edilən bir digər mövzu da hz. Zülqərneynin yanında, əvvəlki ayədə işarə edilən dil mütəxəssisləri kimi, tikinti və yenidənqurma mövzularından da anlayan bir qrupun olduğudur. Hz. Zülqərneynin bu mövzularla maraqlandığı, memarlıq və yenidənqurma texnologiyasını yaxşı bildiyi də edilən kömək tələbindən aydın olur. Hətta bu mövzulardakı məlumatı ilə tanındığı, məşhur olduğuna da ayələrdə işarə edilir. Onun bu məşhurluğu səbəbiylə, digər dövlətlər ondan bu istiqamətdə bir kömək istəyirlər. Bütün bu xüsusiyyətləri, hz. Zülqərneynin dövlətinin gücünü və böyüklüyünü anlamaq üçün də bir dəlil xüsusiyyətindədir.
Hz. Zülqərneyn həmçinin "yer üzündə fitnə-fəsad törətməyi və fitnənin qarşısını alan bir kəs" olaraq da tanınır. Bu səbəblə də, çətin vəziyyətdə olan, bu istiqamətdə çətinlik çəkən, daxili qarışıqlıqlar yaşayan və ya xaricdən təzyiq görən dövlətlər ondan kömək istəyirlər. Bu, hz. Zülqərneynin dünyaya nizam verən, qonşu ölkələrin kömək istədiyi, hərbi gücünə və yer üzündə fitnə-fəsad törətməyin qarşısını alan istiqamətinə güvəndiyi, çox güclü bir dövlətin başında olduğunun bir dəlili ola bilər. Bir millətin başqa bir dövlətdən kömək tələb etməsi, üstəlik bu yardımın qarşılığında vergi verməyə razı olması bu millətin düşdüyü çətin vəziyyətə həll yolu tapa bilmədiyinin göstəricisidir. Kömək istədikləri dövlətin də, özləri üçün çətin olan mövzulara həll yolu tapa bilən, güclü və möhkəmlənmiş bir hakimiyyətə sahib olduğunun açıq-aşkar bir əlamətidir.
Hz. Zülqərneynin həm qərb tərəfindən, həm də şərq tərəfindən belə böyük hörmət görməsi və təsirli olması onun dünyaya hakim bir dövlətin başında olduğunun göstəricisi ola bilər. Bu səbəbdən ayələrdən onun, yer üzünə sülh, ədalət və təhlükəsizlik gətirməklə məsul olduğunu bilən bir lider olduğunu anlayırıq. Özünü yalnız öz ölkəsindən deyil, dünyanın hər bölgəsindən məsul hiss edir. Allah bu ayəsiylə, yer üzünə ədalət, sülh və təhlükəsizlik gətirmənin hər müsəlmanın üzərinə bir məsuliyyət olduğuna da işarə edir. Hər ölkə öz imkanları istiqamətində dünya problemləri ilə maraqlanmalı və ehtiyac içində olan topluluqlara maddi və mənəvi köməklik göstərməlidir.
Hz. Zülqərneyn hekayəsiylə Axırzamanda İslam əxlaqının da eynilə hz. Zülqərneynin olduğu kimi- bütün dünyaya hakim olacağına işarə edilir. Rəbbimiz Nur surəsində bu gözəl müjdəni iman edənlərə bu şəkildə bildirir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur surəsi, 55)