Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 72-73

Xızır dedi: “Mən demədimmi ki, sən mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Unutduğum bir şeydən ötrü məni qınama və öz işimdə məni çətinliyə salma!”. (Kəhf surəsi, 72-73)

Kəhf surəsindəki bu ayələrdə, hz. Xızırın danışıqlarındakı qətiyyət diqqəti çəkir. Hz. Xızır, reallaşacaq olan hadisələri bildirərkən çox əmin bir üslubla danışır. Hz. Musanın heç bir şəkildə səbir edə bilməyəcəyini "qətiyyən" deyərək ifadə edir, buna gücü yetməyəcəyini dilə gətirir.
73-cü ayədə isə hər şeyin Allahın əmri ilə reallaşdığına təkrar diqqət çəkilir. İnsanın öz iradəsiylə ağzından tək bir söz çıxması, ya da ağzından çıxacaq bir sözü əngəlləməsi qətiyyən mümkün deyil. Çünki insana nitqi verən və onu danışdıran Allahdır. Allah canlı-cansız dilədiyi hər varlığa istədiyini dedirtmək gücünə qadirdir. Necə ki, Quran ayələrində Allahın qiyamət günündə insanların eşitmə, görmə duyğularına və dərilərinə nitq verdiyi bildirilir. Bu vəziyyət ayələrdə belə buyrulur:
 
Nəhayət, onlar oraya gəldikləri zaman qulaqları, gözləri və dəriləri etdikləri əməllər barəsində onların əleyhinə şahidlik edəcəkdir. Onlar öz dərilərinə: “Nə üçün əleyhimizə şahidlik edirsiniz?” – deyəcəklər. Dəriləri deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz axırda Ona qaytarılacaqsınız”. Siz qulaqlarınızın, gözlərinizin və dərilərinizin əleyhinizə şahid olmasından çəkinib gizlənmirdiniz. Əksinə, elə zənn edirsiniz ki, Allah sizin etdiyiniz əməllərin çoxunu bilmir." (Fussilət surəsi, 20-22)

Başqa ayələrdə də Allahın icazə verməsi xaricində heç bir varlığın danışmağa qadir olmayacağını Rəbbimiz belə xəbər verir:
 
Göylərin, yerin və onların arasında olanlar Mərhəmətli Rəbbindən mükafatdır. Onlar Allahın hüzurunda bir söz deməyə qadir olmayacaqlar. Ruh (Cəbrayıl) və mələklər səf-səf duracağı gün, Mərhəmətli Allahın izin verdiyi kimsələrdən və doğru söz deyənlərdən başqa heç kəs danışmayacaq.(Nəbə surəsi, 37-38)

Daha əvvəl də tez-tez vurğuladığımız kimi unutmağı və xatırlamağı Allah meydana gətirər. Allah keçmişdən bu günə qədər yaşamış olan bütün insanların zehni fəaliyyətlərinin hamısına hakim olandır. Unutması da, soruşmamalı olan bir sualı soruşması da hz. Musanın qədərində anbaan yazılmışdır. Heç bir insanın, beyninə hakim olub bu unutqanlığa, ya da söyləyəcəyi sözə mane olması mümkün deyil. Allah dilədiyi an, dilədiyi adama istədiyi mövzunu unutdurar. İstəsə, bütün yaddaşını bir anda əlindən alar, istəsə heç bilmədiyi mövzuları onun yaddaşında elm olaraq yaradar. Bunların hamısı Allahın diləməsiylə reallaşar.

Hz. Musanın ayədə keçən "bu işimdə mənə çətinlik çıxarma" şəklindəki sözlərindən isə, hz. Xızırla olan elminin kəsilməsini istəmədiyi aydın olur.