Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 102

Olmaya, kafirlər Məni qoyub qullarımı özlərinə dost tutacaqlarını güman edirdilər? Həqiqətən, Biz Cəhənnəmi kafirlər üçün mənzil hazırlamışıq. (Kəhf surəsi, 102)

Ayədə bəzi insanların Allahı unudub, Ondan başqa dost və vəlilər etdikləri vurğulanır. Haqqında bəhs etdiyimiz insanlar bir çətinliklə qarşılaşdıqlarında, bir çətinlikləri olduqda, köməyə ehtiyac duyduqları zaman "vəli" seçdikləri kəslərin özlərinə kömək edə biləcəkləri, çətinliklərini aradan qaldıra biləcəkləri kimi səhv düşüncələri olar. Halbuki insanlardan mədət ummaq, kömək gözləmək çox böyük bir səhvdir. Allah diləmədikcə heç bir insanın bir digərinə yardım etməsi mümkün deyil. Çünki Allahın xaricindəki varlıqlar da yalnız Onun yaratdıqlarıdır. Onun istəyi ilə var olmuşlar. Onun istəyi ilə varlıqlarını davam etdirərlər. Çətinlikləri aradan qaldırıb asanlaşdıran, sıxıntıları ortadan qaldıran, şəfanı və ruzini verən, güldürən də, ağladan da Allahdır. Qısacası, Allahdan başqa hər şey və hər kəs, sonsuz aciz, sonsuz kasıb, sonsuz möhtacı olan varlıqlardır. Bunların özlərinə aid bir gücləri, qabiliyyətləri yoxdur; elə ki, özlərinə belə yardım edə bilməzlər. O halda, ortada Allahdan başqa güvəniləcək, kömək ümid ediləcək, bir şeylər istənəcək, gözləniləcək kimsə də yoxdur.
Bu səbəblə, Allahdan deyil də başqalarından kömək istəmək, onları vəli seçmək, Allahı unutmaq, Allaha güvənməyib, səbəblərə, vasitəçilərə, insanlara güvənmək, Allahın yaratdıqlarını Allahdan müstəqil bir güc, iradə və təsir sahibi olaraq görmək deməkdir ki, bu da açıq-aşkar şirkdir. Allahı buraxıb qullarından kömək gözləyənlərin düşdükləri azğınlıq Quranda belə ifadə edilir:
 
Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçənd ki, onlar bunlar üçün hazır durmuş əsgərlərdir. (Yasin surəsi, 74-75)

Bir əzab yurdu olan cəhənnəmdə, Allahın "Qəhhar" (qəhr edici), "Cabbar" (istədiyini zorla etdirən), "Muntakim" (intiqam alan) kimi adları sonsuza qədər təcəlli edəcək. Kəhf surəsinin bu ayəsində isə bu sonsuz əzabın inkar edənlər üçün bir dayanacaq olduğu bildirilir.
İnkar edənlər, Allahın hüzurunda hesaba çəkildikdən sonra kitablarını sol tərəflərindən alarlar. Bu an, sonsuza qədər içində qalacaqları cəhənnəmə sürüklənəcəkləri andır. İnkar edənlər üçün heç bir qaçış imkanı yoxdur. Cəhənnəm əhlinin hər biri, özü üçün vəzifələndirilmiş bir şahid, bir də sürücü mələklə gəlir. Mövzuyla əlaqədar bəzi ayələr belədir:

Sur üfürüləcəkdir. Bu, vəd olunmuş təhdid günüdür. Hər kəs onu qova-qova məhşərə gətirənlə və bir də əməllərinə şahidlik edənlə birlikdə gələcəkdir. Sən bunun (bu günün) haqqında qəflət içində idin. Amma Biz pərdəni sənin üzündən qaldırdıq. Sən bu gün çox yaxşı görürsən!” Yoldaşı (şahid mələk) deyəcəkdir: “Bu yanımdakı hazırdır!” Allah əmr edib deyəcək: “Atın Cəhənnəmə hər bir inadcıl kafiri, xeyirə mane olanı, azğınlaşıb həddi aşanı, şübhə edəni, başqa bir məbudu Allaha tay tutanı. Atın onu şiddətli əzabın içinə!” (Qaf surəsi, 20-26)
 
Budur inkar edənlər bu qorxunc yerə doğru üzüstə sürüklənərək gətiriləcəklər. Quranda keçən ifadəylə "dəstə-dəstə" cəhənnəmə doğru sövq edilərlər. Cəhənnəmin dəhşətli uğultusunu uzaqdan duyarlar. (Mülk surəsi, 7-8)

Ayələrdə bildirildiyinə görə, inkar edənlər, dirilişlə birlikdə başlarına gələcəkləri hiss etməyə başlayırlar. Boyunları alçaldıldıqları və utandıqları  üçün bükülmüşdür. Başları əyilmiş, dostsuz, köməksiz qalmış, qürurları qırılmış, çökmüş vəziyyətdədirlər. Utandıqlarından ötrü başlarını qaldırmadan gözlərinin ucuyla baxarlar. Bir ayədə Rəbbimiz belə bildirir:
 
Cəhənnəm qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 45)

Cəhənnəmin qapısında isə inkar edənlər  belə qarşılanacaqlar:
 
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, gəlmişdi!” – deyəcəklər. Lakin əzab Sözü kafirlər barəsində gerçəkləşdi. Onlara: “İçində əbədi qalacağınız Cəhənnəmin qapılarına girin!” – deyiləcək. Təkəbbürlülərin yeri necə də pisdir!  (Zumər surəsi, 71-72)
 
İnkar edənlər cəhənnəmə girdikdə cəhənnəmin qapıları üzərlərinə bağlanılar. Qarşı-qarşıya qaldıqları əzab, Quranda "böyük bir əzab" (Ali İmran surəsi, 176), "şiddətli bir əzab " (Ali İmran surəsi, 4) və "ağrılı-acılı bir əzab " (Ali İmran surəsi, 21) olaraq təsvir edilmişdir. İnsanın dünya həyatında bildiyi meyarlar, cəhənnəm əzabını tam olaraq dərk etməyə yetərli deyil. Allahın əzabının bir bənzərinin olmadığı ayələrdə belə xəbər verilir:
 
O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.  (Fəcr surəsi, 25-26)

Cəhənnəm əhli, cəhənnəmdə "alovlanaraq yanan" (Məaric surəsi, 15), "alovları yüksəldikcə yüksələn" (Leyl surəsi, 14), "dəlicə yanan" (Furqan surəsi, 11) bu atəşin içinə atılırlar. Ayələrdə belə buyrulur:
 
Tərəziləri yüngül gələnlər. Artıq onun da anası (son dayanacağı) "Haviye"dir (uçurum). Onun nə olduğunu sən haradan bilirsən nədir? O, çox qızmar bir oddur. (Qariə surəsi, 8-11)

Atəş, cəhənnəmdəki əzablardan sadəcə biridir. Cəhənnəmdə insanı həm fiziki, həm də psixoloji cəhətdən əzab verəcək çox müxtəlif üsullar vardır. Quranda keçən ifadəylə, əzab cəhənnəmdə hər istiqamətdən gəlir. Əzabdan özlərini qorumağa fürsətləri yoxdur, əzab hər tərəfdən onları əhatə edir. Onlar üstlərindən, altlarından gələn əzabı dəff etməyə malik deyillər və bu sonsuza qədər davam edər.