Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 86

Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda onu qara palçıqlı bir çeşmədə batan gördü. Zülqərneyn onun yanında bir tayfaya rast gəldi. Biz buyurduq: “Ey Zülqərneyn! Sən ya onları cəzalandırmalı, ya da onlarla yaxşı rəftar etməlisən!” (Kəhf surəsi, 86)

Ayədən hz. Zülqərneynin ilk əvvəl qərbə doğru getdiyi aydın olur. Günəşin batdığı yer olaraq təsvir edilən bu bölgə dünyanın ən qərb nöqtəsi ola bilər. Əgər Avropa qitəsi əsas götürülsə bu bölgə, Avropa qitəsinin ən uc nöqtəsini meydana gətirən İspaniya və Cəbəllütariq boğazı ətrafı ola bilər. Afrika qitəsi əsas götürülsə bu dəfə də bu qitənin ən qərbdəki nöqtələri olan Mavritaniya və Seneqal kimi bölgələrə işarə etdiyi düşünülə bilər. Ancaq xəritə ölçü götürüldüyündə ən qərb nöqtənin Afrika qitəsinə işarə etməsi mümkündür. (Ən doğrusunu Allah bilir).
Ayələrdə hz. Zülqərneynin yönəldiyi bu qərb bölgəsini təsvir edərkən istifadə edilən bir digər tərif isə "qara palçıqlı gözə " ifadəsidir. Bu ifadənin ərəbcə "aynin hamie" dir. Bu ifadədəki "ayn" sözü "göz, bulaq, çeşmə, qaynaq" mənalarına gəlir. "Hamie" sözü isə "qara palçıq, palçıq, bulanıq, palçıqlı" mənalarında işlənilir.
Hz. Zülqərneynin yönəldiyi qərbdəki bölgənin Afrika ola biləcəyinə Bədiüzzaman Səid Nursi də işarə edir. Bədiüzzaman bu şəkildə təsvir edir:
Zülqərneynin məğrib (qərb) tərəfinə səyahəti, şiddət-i hərarət zamanında və bataqlıq tərəfinə və Günəşin qürub avanına və vulkanlı bir dağın fışqırması vaxtına təsadüf etdiyini bəyan etməklə, Afrikanın tamam istilası kimi çox ibrətli məsələlərə işarə edər .. . Həm bulaq (ayn), təşbehdir. Uzaqdan böyük bir dəniz, kiçik bir hovuz kimi görünür. Hərarətdən çıxan duman və buxarlar və bataqlıqlar arxasında görünən bir dənizi, palçıq içində bir bulağa təşbehi və ərəb dilində bulaq, həm Günəş, həm göz mənasında olan "ayn" sözü, esrar-ı belagatça çox mənalı və münasibdir ...
Qərbi əhatə dənizə palçıqlı bir bulaq təbiri, Zülqərneynin nisbətən uzaqlıq nöqtəsində o böyük dənizi bir bulaq kimi görmüş. Quranın nəzəri isə hər şeyə yaxın olduğu cəhətlə, Zülqərneynin galatı-ı his növündəki nəzərinə görə baxa bilməz, bəlkə Quran səmaya baxaraq gəldiyindən Kürə-i Ərzi gah bir meydan, gah bir saray, bəzən bir beşik, bəzən bir səhifə kimi gördüyündən; dumanlı, buxarlı böyük qərbi əhatə edən atlas dənizini bir bulaq təbir etməsi, əzəmət-i ülviyyətini göstərir.
Günəşin dəniz kənarında batışını uzaqdan izləyən bir adam, günəşi dənizə girirmiş kimi görür. Ya da dağın arxasından günəş batarkən, uzaqdan baxıldığında sanki günəş dağa girirmiş kimi hiss edilər. Bu adamın olduğu yer və baxış bucağına bağlıdır.
Hz. Zülqərneyn ayədə təsvir edilən bölgəyə çatdığında orada bir birliklə qarşılaşar. O birliyə qarşı necə davranmalı olduğunu isə Allah ona bildirir. Əgər o birlik ona beyət edərsə və müsəlman kimi yaşarsa, onlara yaxşılıqla davranacaq. Ancaq əgər Allahın hökmlərinə qarşı çıxar, İslama tabe olmaz və fitnə çıxararlarsa, o zaman ona görə bir cavab alacaqlar.
Hz. Zülqərneynin verəcəyi qarşılıq hüquqi bir qarşılıqdır. Gözəlliklə və yaxşılıqla rəftar göstərənlərə gözəl cavab verilərkən, pisliyi, zülmü və üsyanı yol olaraq seçənlərə də ona görə bir cavab veriləcəkdir. Bu qarşılığın necə olacağı isə hakimin səlahiyyətindədir. Bu ifadədən hz. Zülqərneynin dövlət başçılığı vəzifəsi ilə yanaşı hakimlik səlahiyyətinə də sahib olduğu aydın olur. Hz. Zülqərneyn, o dövrdə mövcud olan cəza hüququna görə ya həbs cəzası, ya nəzarət, ya da başqa bir cəza tətbiq edir.
Həmçinin bu ayədəki ifadələrdən, hz. Zülqərneynin ölkəsində dövlət başçılığı sistemi olduğu da aydın olur. Lider olan hz. Zülqərneyn tək hakim gücdür, dövlət başçısıdır, məhkəmə haqqını əlində saxlayan bir hakim mövqeyi də var.
Əgər pisliklə davranan bu adam, ya da qruplar üsyan edir, müqavimətə keçir və hücumlar planlaşdırırsa, o zaman dövlət özünü bütün gücləriylə qoruyur. Ayədə bəhs edilən "əzab" sözü ilə də dövlətin özünü müdafiə etməsinə işarə edilmiş ola bilər. Bu cəzalandırma üsullarının üzərində dayanarkən, hz. Zülqərneynin hərbi və detektiv gücünə, hərbi qüvvələrinə də işarə edilir.
Ayədə bəhs edilən "gözə" sözü bəzi şərhçilər tərəfindən fərqli şəkillərdə təfsir edilir. Buna görə, hz. Zülqərneyn "səbəb" vasitəsilə kosmosda bir səfər etmiş və Günəşi bir "qara dəliy"in içinə girərkən görmüşdür. Qara dəliklər günəşlərin batdıqları, yəni içində yox olduqları, ölən ulduzlardır. Bəzi ölən ulduzlar büzülər, kiçik bir həcm içində çox sıx bir maddəni özündə saxlayar. Günəşdən 3 qat böyük olan bu ulduzlar, yalnız bir neçə kilometr həcmindədirlər. Belə olduqda da cazibə gücləri böyük bir şəkildə artır, işığı, səsi hətta zamanı belə udur. Özünə yaxın olan ulduzları içinə çəkir və içinə çəkdiyi hər ulduzla cazibə qüvvələri bir qat daha artır.

Qara dəliklər özlərinə yaxınlaşan cisimləri udmaları səbəbiylə "qara bataqlıq" şəklində düşünülür və işıq saçmamaları səbəbiylə də "qara dəlik" adını alırlar.