Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 60

Bir zaman Musa öz xidmətçisinə belə demişdi: “Mən iki dənizin qovuşduğu yerə çatana qədər yaxud uzun illər sərf edənə qədər səfərimə davam edəcəyəm”. (Kəhf surəsi, 60)

Bu ayədə istifadə olunan "gənc" sözü ilə, bir iş edilərkən gənc insanların da köməyindən istifadə etmək və onlarla birlikdə hərəkət etmənin əhəmiyyətinə işarə edilmiş ola bilər.
Gənclərin yaşlarından doğan enerjilərini, dinamikalarını, güclərini, şövq və həyəcanlarını Allah rizası üçün xeyir işlərində istifadə etməyə təşviq etmək tələb olunur. Necə ki, ayələrdə də bu mövzuya diqqət çəkilir, hz. Musaya öz qövmündən yalnız bir bölüm gəncin iman etdiyindən bəhs edilir:

Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi. (Yunis surəsi, 83)

Kəhf surəsinin 60-cı ayəsində diqqət çəkilən bir başqa mövzu isə hz. Musanın üzərində dayandığı görüş yeridir. Hz. Musa çıxdığı səfərdə bir adamla görüşməyi hədəfləyir və özünə bu görüş yerinin "iki dənizin birləşdiyi bir bölgə" olaraq bildirildiyi aydın olur. Hz. Musanın bəhs etdiyi yer də dünyada bu təsvirə uyğun gələn bölgələrdən hər hansı birində ola bilər.

Ayədə xəbər verilən "uzun zamanlar keçirəcəyəm" ifadəsi isə görüşmə yerinin qəti olaraq təyin olunduğuna diqqət çəkilir. Çünki hz. Musa başqa bir yerə deyil, çox uzun zaman keçsə belə, mütləq daha əvvəldən təyin olunan o yerə getməli olduğunu bilir. Görüşün başqa bir yerdə olması mümkün deyil. İki dənizin qovuşduğu yerdə görüşəcəkləri qətidir və bu, görüşün bir şərti olaraq bildirilmişdir. Bu səbəblə, hz. Musa aradan nə qədər müddət keçərsə keçsin, bu məkana çatmaq üçün səy sərf edəcək və lazım olarsa orada gözləyəcəkdir.