Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 51

Mən onları nə göylərin və yerin yaradılışına, nə də özlərinin yaradılışına şahid etmədim. Mən başqalarını yoldan çıxaranları Özümə köməkçi tutmuram. (Kəhf surəsi, 51)

Bu ayədə insanın özünə hər zaman iman sahibi, itaətli və gözəl əxlaqlı kəsləri dost etməsini işarə edir. Belə insanlarla birlikdə olmaq insanı hər cür təhlükədən qoruyacaq, pis yollara sapmasını əngəlləyəcək, hər an saleh bir əməl üzərində olmasına vəsilə olacaq. Möminlər bir-birlərinin dost və vəliləri olduqları üçün hər an Allahın ayələrini xatırladacaq və bir-birlərinə gözəl əxlaqı tövsiyə edəcəklər. Bunun əksinə olaraq, yəni insanın özünə azdırıcıları və üsyankarları dost etməsi isə insana itkidən başqa bir şey gətirməyəcək. Ayələrdə insanların böyük bir hissəsinin şeytanı özlərinə dost etdiklərini və bunun nəticəsində də böyük bir hüsranla üzləşdiklərindən bəhs edilir:
 
O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə yardım edən bir qonşuyam!” – demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!” – demişdi. (Ənfal surəsi, 48)

Unudulmamalıdır ki, şeytan dünya həyatında insanlara dost kimi görünər, ancaq Allahın əzabı ilə qarşılaşdığında onu dost seçənləri bir anda yalnız buraxar. Bu səbəblə, Quranda hər zaman tək dost və vəli olaraq iman edənlərin seçilməsi əmr edilir. Ayələrdə belə buyurulur:
 

Sizin himayədarınız yalnız Allah, Onun Elçisi və iman gətirənlərdir. Onlar Allaha boyun əyərək namaz qılır və zəkat verirlər. Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 55-56)