Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 84-85

Həqiqətən, Biz ona yer üzündə hökmranlıq verdik və hər şeyin yolunu ona öyrətdik. O, yer üzündə gəzib dolaşmaq üçün səfərə çıxdı.
(Kəhf surəsi, 84-85)

Kəhf surəsinin 84-cü ayəsində Allah möhkəm bir iqtidarın əhəmiyyətinə diqqət çəkir. Bir ölkədəki iqtidarın həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan güclü olması son dərəcə əhəmiyyətlidir. Əks halda, yəni hər an dağılacaq kimi çürük bir iqtidarın varlığında, ölkə çox ciddi problemlərlə qarşı-qarşıya gələ bilər. Əvvəlcə xarici düşmənlər bu ölkəni daha gücsüz hala gətirməyə çalışarlar. Daxildəki müxalifət isə onsuz da zəifləmiş olan iqtidarı daha da gücdən salmaq üçün səy sərf etməyə başlayır. Bunların nəticəsi olaraq iqtisadi problemlər, qiyamlar, üsyanlar başlayır və ölkə bir anda böyük bir xaosun içinə süründürülür. Ancaq ayələrdə hz. Zülqərneynin ölkəsində bu problemlərin yaşanmadığı, iqtidarının çox möhkəm, ağıllı və güclü olduğu aydın olur.

Allah ayədə keçən, "ona hər şeydən bir yol (səbəb) verdik" ifadəsiylə hz. Zülqərneynin hər şeyə həll yolu və çarə tapmaq gücü verdiyinə diqqət çəkir. Hz. Zülqərneyn çox ağıllı, fərasətli və bəsirət sahibi bir mömindir. Allahın verdiyi bu üstün xüsusiyyətlər sayəsində mürəkkəb kimi görünən hər cür problemə dərhal həll yolu tapır, əksiklikləri aradan qaldırır. Allah hər şeydə onun yolunu açmış, onu üstün bir elmlə dəstəkləmişdir. Necə ki, hekayənin davamında da görüləcəyi kimi, onun bu xüsusiyyəti insanlar tərəfindən də bilinir, bu səbəblə özü həmişə fikri soruşulan, danışılan və özündən kömək istənilən bir adam olaraq tanınır.