Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 92-93

Sonra o, yenə yoluna davam etdi. Nəhayət, iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində demək olar ki, söz anlamayan bir tayfaya rast gəldi. (Kəhf surəsi, 92-93)

Hz. Zülqərneyn üçüncü dəfə yola düşdüyündə bu dəfə geri dönər və ən şərq ilə ən qərb arasında bir bölgəyə çatar. Bura, Himalay dağlarında bir bölgə ola bilər. Necə ki, Bədiüzzaman Səid Nursi də eyni bölgələrə işarə edir və hz. Zülqərneynin "... Hind və Çindəki akvam-ı mazlumeye təcavüzlərini dayandırmaq üçün o Himalay silsilələrinə yaxın iki dağ ortasında uzun bir səd inşa etdiyi və o akvam-ı vahşiyenin kəsrətli (çox) hücumlarına çox zaman mane olduğunu ..." (8) xatırladır. Ustadın da ifadə etdiyi kimi bu iki sədd, iki dağ silsiləsi ola bilər.
Ayədə hz. Zülqərneynin yeni getdiyi bölgədə qarşılaşdığı birliyin demək olar ki, heç bir sözü qavramadıqları da ifadə edilir. "Heç bir söz" deyil, "demək olar ki, heç bir söz" deyilməsi, bu birliyin fərqli və qeyri-adi bir dil danışdığına işarə edilə bilər.
Ancaq hz. Zülqərneyn bu qövmlə danışa bilir. Bu vəziyyətdə hz. Zülqərneyn ya xüsusi məlumatıyla bu fərqli dili anlayıb danışır ya da yanında olan kəslər bu dili anlamış ola bilərlər. Bu ayə, hz. Zülqərneynin yanında bu mövzularda məlumatı olan xüsusi bir qrupu olduğuna işarə edə bilər.

Ayələrdən həmçinin hz. Zülqərneynin getdiyi hər yerdə səfalət, yoxsulluq və zəiflik olduğu aydın olur. Qərb tərəfindəki topluluq da, şərqdəki topluluq da ehtiyac içindədir. Şərqdəki topluluq günəşdən qorunacaq bir sığınacaqları olmayacaq qədər böyük bir səfalət içindədir. İki səddin arasındakı xalq isə cəhalət içindədir, mədəni və texnoloji baxımdan inkişaf etməmişdir. Həmçinin özlərini xarici təhlükələrdən qorumaqdan aciz bir topluluqdur. Bu səbəblə də ölkə böyük bir anarxiya təhlükəsiylə qarşı-qarşıyadır. Hz. Zülqərneyndən kömək istəmələrinin ən əhəmiyyətli səbəbi də məhz bu yoxsulluq, cəhalət və qarışıqlıq ola bilər. Bunların hamısı o dövrdə yer üzündə mövcud vəziyyəti anlamağımız üçün əhəmiyyətli işarələrdir.