Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 97-98

Yəcuc və Məcuc tayfaları nə səddin üstünə çıxa bildilər, nə də onu dəlib keçə bildilər. Zülqərneyn dedi: “Bu, Rəbbimdən olan bir mərhəmətdir. Rəbbimin vədi gəldikdə isə onu yerlə yeksan edəcəkdir. Rəbbimin vədi həqiqətdir”. (Kəhf surəsi, 97-98)

Kəhf surəsinin 97-ci ayəsində Zülqərneyn tərəfindən inşa edilən səddin keçilmədiyi bildirilir. Bu ifadə səddin yüksək olduğuna bir işarədir. Həmçinin  o dövrün insanlarının bu səddi dəlib keçməyi bacarmadıqları isə səddin möhkəmliliyinə diqqət çəkir. Bu möhkəmlilik də yenə haqqında bəhs etdiyimiz səddin inşasında, indiki vaxtda bütün müasir quruluşlarda istifadə edilən dəmir-beton texnologiyasına bənzər sistemlə inşa edildiyinin dəlillərindən ola bilər.
Həmçinin 98-ci ayədə bildirildiyi kimi, hz. Zülqərneynin səddin inşasını  bitirdikdən sonra ilk xatırlatdığı şey Allahın, Rəhman və Rəhim sifətləridir. O, bu səddin Allahın mərhəmətinin bir dəlili olduğunu və Allah diləmədikcə belə bir səddi inşa etməyi heç kimin bacarmayacağını çox yaxşı bilir. Bu səbəblə də səddi düzəldənin Rəbbimiz olduğunu dərhal xatırladır, beləcə insanların bu müvəffəqiyyəti özlərindən sanma qəflətinə düşmələrinə mane olmaq istəyir.
Kəhf surəsinin 98-ci ayəsində hz. Zülqərneynin inşa etdiyi bu güclü səddin qiyamətə qədər əbədi qalacağı da xəbər verilir. Ayədə bəhs edilən vəd sözü, bir sonrakı ayədən də aydın olduğu kimi qiyaməti ifadə edir. Bu isə, səddin qiyamətə qədər qorunacağı mənasını verir.
Ayədə inşasından bəhs edilən bu  səddin yeri bəlkə zaman keçdikcə tapılar, bəlkə tapılmaya bilər. Bunun məlumatı Rəbbimizin qatındadır. Əhəmiyyətli olan budur: Ayədə xəbər verildiyi kimi bu səddin qiyamətə qədər yıxılması mümkün deyil. Allah ayəsində bu səddin ancaq qiyamətdə yıxılacağını açıq şəkildə xəbər vermişdir. Necə ki, Allah qiyamət günü hər şeyin yıxılacağını, dağların hərəkətə gətiriləcəyini, yer üzərində heç bir şeyin qalmayacağını digər bir çox ayəsində də bildirmişdir. Bu ayələrdən bir neçəsi belədir:
 
O gün Biz dağları hərəkətə gətirəcəyik. O vaxt yerin dümdüz olduğunu görəcəksən.... (Kəhf surəsi, 47)
 
Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman;  (İnşiqaq surəsi, 3-5)

Səndən dağlar haqqında soruşurlar. De: “Rəbbim onları dağıdıb havaya sovuracaq, oranı boş düzəngaha çevirəcəkdir. Sən orada nə bir eniş, nə də bir yoxuş görməyəcəksən”. (Taha surəsi, 105-107)