Surə 16
Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın. (Kəhf surəsi, 16)
Ayədə Kəhf Əhlinin inkarçıların fikir sistemindən tamamilə ayrıldıqları, uzaqlaşdıqları ifadə edilir. Bu ayrılıq, inkarçılarla iman edənlər arasında fikri bir qarşıdurma meydana gətirmişdir. Və inkar edənlər müsəlmanlar üzərində bir təzyiq meydana gətirmişlər.
Bu təzyiqin nəticəsində iman edənlər özlərini tamamilə təcrid etmə və inkarçılardan tamamilə ayrılma ehtiyacını hiss etmişlər. Mağaraya sığınmaq da bu təcrid vəziyyətini ifadə edir. Allah bu dövrdə Kəhf Əhlinin üzərindəki nemətini yaymış, onlara bir çox mövzuda asanlıq təmin etmişdir. Bu asanlıq və dəstəklərdən ən əhəmiyyətlisi isə iman edənlərin inkar edənlərin mənfi təsirlərindən uzaq qalmaları olmuşdur.
İnkar edən topluluqlar, müsəlmanların müqəddəs saydıqları dəyərlərə hücum etməyi vərdiş etmişlər. Əllərinə keçən hər fürsətdə onların müqəddəsatlarını, vətən və millətlərinə olan bağlılıqlarını və xidmət şövqlərini məsxərəyə qoyar, hətta təhqir edərlər. İman edənlərin özlərini bu kəslərdən uzaqda tutmaları bu baxımdan çox böyük bir rəhmət və çox böyük bir asanlıqdır. Çünki beləcə inkarçıların əleyhindəki ifadələrini dinləmək yerinə, dinə daha çox xidmət etmə imkanı əldə etmişlər. Özlərini təkmilləşdirməyə, elmdə dərinləşməyə, mədəni və ictimai işlər etməyə daha geniş zaman ayırır. Allahın özlərinə təmin etdiyi bu asanlıq sayəsində də millətlərinin daha gözəl bir həyata qovuşa bilmələri və insanların tək qurtuluş yolu olan Quran əxlaqına yönəlməsi üçün daha çox iş görə bilirlər.