Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 6

Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən? (Kəhf surəsi, 6)

Bu ayədə Allahın elçisinin və iman edənlərin etdiyi təbliği dinləməyənlərə diqqət çəkilir. Saleh möminlər Allahın Quranda əmr etdiyi yaxşılığı əmr etmə və pislikdən məhrum etmə məsuliyyəti gərəyi, insanları Allaha iman etməyə dəvət edər, onlara Quran ayələrində bildirilən həqiqətləri xəbər verirlər. Ancaq insanların böyük bir hissəsi elçilərin təbliğindən üz çevirər, inkarda təkid edərlər. Bu, Allahın, "Şübhəsiz ki, qiyamət saatı, yaxınlaşaraq gəlir; bunda heç bir şübhə yoxdur. Ancaq insanların çoxu iman gətirmirlər." (Mömin surəsi, 59) ayəsiylə bildirdiyi bir həqiqətdir.
İman edənlərin təbliği qarşısında inkar edənlər çox müxtəlif mənfi rəftarlar göstərirlər. Bəziləri İsra surəsinin 90-cı ayəsində xəbər verilən, "Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik" bənzəri ifadələrlə Allahın elçisinin bir möcüzə gətirməsini gözləyər, bəziləri isə iman edənlərlə lağ edərlər. İnkarçıların məsxərələrinə Bəqərə surəsində belə bir nümunə verilir:
 
Və (yenə) özlərinə: "İnsanların iman etdiyi kimi siz də iman gətirin!" –deyildiyində: "Biz də ağılsızların iman gətirdikləri kimi iman gətirək?" deyərlər. Bilin ki, həqiqətən ağılsızlar onların özləridir, amma bilməzlər. (Bəqərə surəsi, 13)

Hər peyğəmbər göndərildiyi qövmdən bu ayələrdəkinə bənzər rəftarlar görmüş, çox vaxt təzyiq ilə qarşılaşmışdır. Məsələn, hz. Nuhun hər yolu sınayaraq etdiyi ixlaslı təbliğinə qarşılıq, qövmünün mənfi reaksiyaları Quranda bu şəkildə izah edilir:
 
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların haqdan qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə mən hər dəfə onları imana dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, küfrlərində israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara həm uca səslə, həm də gizlicə bildirib dedim: “Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox Bağışlayandır. (Nuh surəsi, 5-10)

Ayələrdə də bildirildiyi kimi, insanlar hər dövrdə özlərinə haqq dinin təbliğ edilməsinə ümumiyyətlə mənfi cavab vermişlər. Ancaq burada unudulmamalı olan çox əhəmiyyətli bir nöqtə vardır: Təbliğ edilən insanın verdiyi cavab, təbliğ edən müsəlmana heç bir zaman mənfi istiqamətdə təsir etməz. Çünki hidayəti verəcək olan Allahdır. İnsan nə qədər gözəl izah edərsə etsin, nə qədər təsirli və hikmətli danışarsa danışsın, Allah istəməsə, qarşısındakı insanın ürəyində təsir meydana gətirə bilməz. Quranda bu həqiqəti bildirən başqa ayələr də vardır. Məsələn, Allah Nəhl surəsində belə hökm edir:
 
And olsun ki, Biz hər ümmətə: "Allaha ibadət edin və tağuttan çəkinin" (deyə təbliğ etməsi üçün) bir elçi göndərdik. Beləliklə, onlardan kimisinə Allah hidayət verdi, onlardan kimisinin üzərinə azğınlıq haqq oldu. Artıq, yer üzündə dolaşıb haqqı təkzib edənlərin aqibətini görün. Sən onların doğru yolu tapmalarını nə qədər ehtirasla istəsən də, Allah, şübhəsiz ki, yoldan çıxartdıqlarını doğru yola yönəltməz, onlar üçün kömək edəcək kimsə yoxdur. (Nəhl surəsi, 36-37)

Allahın bu ayələrində bildirdiyi kimi, insanın digər insanlar üzərində hidayət verici bir təsirinin olması mümkün deyil. O halda iman edənlərin tək məsuliyyətləri təbliğ etmək və hidayət verməyi Allahın təqdirinə buraxmaqdır. Təvəkküllü davranmaq, səbir göstərmək, gözəl sözlə Allahın dininə dəvət etmək heç şübhəsiz insanların ürəklərində çox böyük bir təsir yaradacaq. Ayələrdə Allah belə buyurur:

Artıq sən, öyüd-nəsihət verib xatırlat. Sən, yalnız öyüdverici-xəbərdar edənsən. Onlara güc və təzyiq göstərən deyilsən. Ancaq kim üz çevirər və inkar etməkdə davam edərsə, Allah onu ən böyük əzaba ilə azablandırır. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları hesaba çəkmək də əlbəttə Bizə aiddir. (Ğaşiyə surəsi, 21-26)

Hidayəti verəcək olan, təbliğ edilən insanın iman etməsini təmin edəcək olan Allahdır. Başqa ayələrdə də hidayəti verənin yalnız Allah olduğu bu şəkildə bildirilir:
 
Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. Elə isə, onlar mömin olana qədər insanları sən mi məcbur edəcəksən? Allahın izni olmadan heç kəsin iman etmə (imkanı) yoxdur ... (Yunis surəsi, 99-100)
 
Həqiqət budur ki, sən istədiyini doğru yola yönəldə bilməzsən, ancaq Allah, dilədiyini hidayətə çatdırar; O, hidayətə çatacaq olanları daha yaxşı biləndir. (Qəsas surəsi, 56)

Yusif surəsində də yenə eyni mövzuya diqqət çəkilmişdir. Bir müsəlman, nə qədər yaxşı niyyətlə təbliğ etsə də, Allahın hidayət vermədiyi insanların iman etməsi mümkün deyil. Müsəlmana düşən öyüd vermək və xatırlatmaqdır; bir mömin bu məsuliyyətini yerinə yetirərkən, qarşısındakı insanın hidayətinin Allahın təqdirində olduğunu bilir. Ancaq bunu da unutmamaq lazımdır ki, iman edən bir insanın göstərdiyi səy Allahın izni ilə ona bir əcr olaraq yazılacaq, onun haqqı söyləməsinə qarşı müqavimət göstərənlər isə etdiklərinin qarşılığında əzaba uğrayacaqlar. Allah Yusif surəsində bu həqiqətə belə diqqət çəkər:
 

Sən şiddətlə arzu etsən belə, insanların əksəriyyəti iman gətirən deyildir. Halbuki sən buna qarşı onlardan bir mükafat istəmirsən. O, aləmlər üçün yalnız “öyüd-nəsihətdir.” Göylərdə və yerdə neçə-neçə dəlillər vardır ki, üzərindən keçərlər, ona arxalarını çevirib gedərlər. Onların çoxu Allaha iman etməzlər  ancaq şirk qoşarlar. Məgər onlar Allahın hər şeyi bürüyən əzabının onları əhatə etməyəcəyinə və ya özləri də hiss etmədən o Saatın onlara qəflətən gəlməyəcəyinə əmindirlərmi?  De ki: "Bu, mənim yolumdur. Mən və mənə tabe olanlar, mötəbər dəlillərə əsasən, insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm." (Yusif surəsi, 103-108)