Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 68

Axı sən səbəbini bilmədiyin bir şeyə necə səbir edə bilərsən?”
(Kəhf surəsi, 68)

İnsanın gün ərzində başına bir çox hadisə gəlir. Çətinliklərlə, sıxıntı verici vəziyyətlərlə, sevinc və hüzur verən hadisələrlə qarşılaşır. Ancaq insanların böyük bir hissəsi Allahın varlığını və hər hadisənin Allah qatında bir qədər üzrə təyin edildiyini düşünmədikləri üçün, başlarına gələn hadisələri şans, ya da təsadüf kimi həqiqətdən kənar anlayışlarla izah etməyə çalışırlar. Bu da olub bitənlərə xeyir gözüylə baxmalarını, yaşadıqlarından hikmətli nəticələr çıxara bilmələrinə mane olar. Bu səbəblə də həmişə çətinliyə, kədərə düşər, bədbəxt olarlar. Bu, iman edənlərlə inkarçılar arasındakı çox böyük fərqdir. Çünki iman edənlər hər hadisənin Allahın diləməsiylə və çox böyük bir xeyirlə yaradıldığının şüurundadırlar.
Quranda bir çox ayədə xəbər verilən bu həqiqəti ürəyi ilə qəbul edən bir insan, dünya həyatında hər nə hadisə ilə qarşılaşırsa qarşılaşsın, vəziyyətindən məmnun olmağı və bu hadisənin ardında gizlənən gözəllikləri və hikmətləri görə bilməyi bacarar. Allah, hər hadisəni çox incə bir plan üzərinə, sonsuz ağıl və hikmət ilə yaratmışdır. İnsanın gözlərini dünyaya açdığı andan etibarən qarşılaşdığı yaxşı, ya da pis kimi görünən hər hadisəni Allah yaradır. Həyatı bir bütün olaraq yer üzünün tək hakimi olan Allah idarə edir. Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Elə isə insana düşən bu mükəmməlliyi görüb təqdir etməkdir. Və Allahın sonsuz ağlının ola biləcək ən qüsursuz nəticələri yaradacağını bilərək, hər hadisənin xeyir və hikmət istiqamətini görməyə çalışmaqdır. Çünki Allaha iman edən və imanı ilə hər hadisəni xeyir gözüylə qiymətləndirib, xeyirə yozan bir insan dünyada da, axirətdə də həmişə xeyir və gözəlliklə qarşılaşacaq.
Allah sonsuz, insan isə məhdud bir ağıla malikdir. İnsan ancaq hadisələrin xaricdən görünən qismi ilə təmasda ola bilir və ancaq öz anlayışı ilə bu hadisələri qiymətləndirməyi bacarır. Bəzi insanlar məhdud məlumat və anlayışı ilə bəzən xeyir və gözəllik olan bir hadisəni mənfi, pis olan bir hadisəni isə müsbət və xeyirli olaraq qiymətləndirirlər. Bu vəziyyətdə doğruları görə bilmək üçün iman edən bir insanın etməli olduğu şey, Allahın sonsuz ağıl və məlumatına təslim olaraq, hər hadisəyə xeyir gözüylə baxmaqdır. Çünki mənfi kimi görünən hər hadisə də iman edən bir insan üçün əslində bir "qədər dərsi" dir. Necə ki, Allah bir ayədə belə buyurur:
 

Olar ki, xoşunuza getməyən bir şey, sizin üçün xeyirlidir və olar ki, sevdiyiniz şey də sizin üçün bir şərdir. Allah bilir, siz bilməzsiniz. (Bəqərə surəsi, 216)