Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 8

Biz yer üzündə olan hər şeyi lazım gələrsə, məhv edib qupquru bir torpağa döndərərik. (Kəhf surəsi, 8)

Əvvəlki hissədə açıqladığımız kimi yer üzündəki bütün gözəllik və zənginliklər insanları sınamaq üçün Allahın yaratdığı metalardır. Bu ayədə isə Rəbbimiz, insanlara sahib olduqları metalar nə qədər qiymətli, nə qədər ehtişamlı, nə qədər gözəl olursa olsun, bunların hamısının şübhəsiz quru bir torpağa çevriləcəyini xatırladır.
Allah dilərsə, dünya həyatının bəzəklərinə qapılıb Allahın varlığını unudan insanların əllərindəki bütün varlıqlarını bir anda alıb, onları yoxluq içində buraxa bilər. Allah hər şeyə qadirdir. Dilədiyini zəngin edər, istədiyini müflisləşdirər. Bütün mülkün sahibidir və mülkü istədiyinə verər. Bu həqiqət Quranın bir çox ayəsində bildirilmişdir. Bu ayələrdən bir neçəsi belədir:
 
Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyini də azaldar. Çünki O, hər şeyi biləndir. (Şura surəsi, 12)
 
Məgər onlar görmürlər ki, Allah istədiyinin ruzisini bol edər və azaldar da. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır. (Rum surəsi, 37)
 

Allah, qullarından istədiyinin ruzisini artırar, (və) azaldar da. Şübhəsiz ki, Allah hər şeyi biləndir. (Ənkəbut surəsi, 62)