Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 79

Gəmiyə gəlincə, o, dənizdə çalışan kasıb adamlara məxsus idi. Mənim onu korlamağımın səbəbi, onların önündə hər bir yararlı gəmini zorla ələ keçirən hökmdarın olması idi. (Kəhf surəsi, 79)

Bu ayədə görüldüyü kimi, ayrılma qərarını təyin etdikdən sonra hz. Xızır hadisələrin xeyir və hikmətlərini bir-bir şərh etməyə başlayır. Birinci hadisədə hz. Xızır bir gəmini deşmişdir. Ancaq bu gəmini deşməsinin çox əhəmiyyətli bir neçə səbəbi vardır.
Hz. Xızırın bu davranışının hikmətlərini açıqlamazdan əvvəl, onun mərhəmətli xarakteri üzərində dayanmaq lazımdır. Hz. Xızır dərhal yoxsulların köməyinə qaçmış, onların çətinlik içinə düşmələrini, qəddar kəslərdən zülm görmələrini əngəlləmək istəmişdir. Bu hərəkəti onun, yoxsul və ehtiyac içində olanlara qarşı duyduğu məhəbbəti, şəfqətli və mərhəmətli xarakterini sərgiləyir. Allahın Rəhman və Rəhim sifətləri hz. Xızır üzərində güclü bir şəkildə təcəlli edir. Bu, möminləri inkarçılardan ayıran üstün bir xüsusiyyətdir. Allah, Bələd surəsində bu şəkildə bildirir:
 
Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir və ya aclıq günündə möhtaca yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə, yaxud aclıqdan yerə uzanmış kasıba! Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır. Onlar sağ tərəf sahibləridir. (Bələd surəsi, 12-18)

Mərhəmət, möminlərə düşkünlük və şəfqət Allahın peyğəmbərlərinin və elçilərinin də ən diqqət çəkən xüsusiyyətləridir. Allahın üstün elmə sahib qullarından biri olan hz. Xızır da bütün elçilər kimi şəfqətli və mərhəmətli, Allahın Qatından rəhmət verdiyi bir insandır. O səbəblə də, yoxsulluq və ehtiyac içində olan bu insanlara kömək etmək üçün dərhal gəmilərində bir dəlik açmış, beləcə gəmini yararsız və qüsurlu göstərərək zalımların ələ keçirməsindən qurtarmışdır.
Hz. Xızırın gəmini deşməsindən də çox böyük bir ağıl, fərasət, bəsirət və üstün fikirli olduğu dərhal diqqəti cəlb edir. Çünki gəmini məqbul ölçülərdə, təkrar təmir edildikdə asanca düzələcək şəkildə korlamışdır. Beləcə gəmini görən kəs qüsurlu zənn edəcək və ələ keçirməkdən imtina edəcəkdir. Ancaq gəmi sahibləri qəddar kəslərin mallarını qəsb etmə təhlükəsi ortadan qalxdıqdan sonra gəmini asanlıqla yenidən təmir edib, istifadə edə biləcək hala gətirəcəklər.
Ayədə diqqət çəkilən bir başqa əhəmiyyətli mövzu isə, yoxsul xalqın olduğu bölgədə qəddar bir rejim olmasıdır. Edilən tətbiqlərdən aydın olduğu qədəriylə, bu, diktatorluq rejimi ola bilər. Bu bölgədəki despot rəhbərlik, iman edənlərin mallarını bir səbəb göstərmədən qəsb edə bilər. Bu səbəblə də, möminlər çətinlik içində yaşayır və bu vəziyyətdən bir çıxış yolu tapmaqda çətinlik çəkmiş ola bilərlər.

İnsanların mallarının bu şəkildə bir səbəb göstərilmədən qəsb edilməsi, köhnə dövrlərdəki despot dərəbəylik və ya monarxiya və ya dövrümüzdəki faşist və kommunist rejimlərdə tez-tez görülən bir tətbiqdir. Bəhs edilən totalitar rəhbərliklər, müdafiəsiz xalqların mallarına əl qoyaraq, onları aclıq və yoxsulluq içində buraxmışlar. Bu nümunə qəddar rəhbərlik anlayışının tarixin ən qədim dövrlərindən bəri gələn bir düşüncə olduğunun da bir dəlilidir.