Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 80

Oğlan uşağına gəldikdə, onun ata-anası mömin idilər. Biz uşağın böyüyəndə onları azğınlığa və küfrə sürükləməsindən qorxduq. (Kəhf surəsi, 80)

Ayədə uşağın ailəsinin mömin kəslər olduğu xəbər verilir. Bu məlumat, o dövrdə də haqq dinin olduğuna işarə edilir.
Hz. Xızırın uşağın canını almasıyla əlaqədar ayələr araşdırılarkən vurğulanmalı olan bir başqa mövzu isə uşağın ölümünün Allahın bir təqdiri olduğudur. O uşağın ölümünü Allah qədərində yer və zaman olaraq yazmışdır. Allah "Sizi palçıqdan yaradan, sonra bir əcəl müəyyən edən Odur. Adı qoyulmuş əcəl, Onun yanındadır ." (Ənam surəsi, 2) ayəsiylə insanlara bu həqiqəti xatırladır. Quranda bildirildiyi kimi hər insanın canını mələklər alar. Allah, Ənfal surəsində bu həqiqəti bu şəkildə bildirir:
 
Mələkləri, onların üzlərinə və arxalarına vura-vura: "Dadın atəşin əzabını!" Deyə o inkar edənlərin canlarını alarkən görməlisən. (Ənfal surəsi, 50)

Ancaq mələklərin can alması da bir səbəbdir, həqiqətdə isə canı alan ancaq Allahdır. Quranda bu mövzu ilə əlaqədar hz. İbrahimin səmimi duası belə nümunə verilmişdir:
 
"Məni yaradan və məni doğru yola yönəldən Odur!"
"Məni yedirən və içirən Odur;"
"Xəstələndiyim zaman mənə şəfa verən Odur;"
"Məni öldürəcək, sonra dirildəcək olan da Odur,"
"Din (cəza) günü günahlarımı bağışlayacağına ümid etdiyim də Odur!"
"Ey Rəbbim, mənə hökm (hikmət) bağışla və məni əməlisalehlərə qovuşdur". (Şuəra surəsi, 78-83)

Allah bu uşağın canının alınmasını hz. Xızırın əliylə təqdir etmişdir. Ancaq hz. Xızır olmayıb, başqa biri də bu ölümə bir vəsilə ola bilərdi. Bir qəza nəticəsində, ürəyinin dayanması səbəbiylə ya da düşüb başını yaralayaraq bir anda həyatını itirə bilərdi. Allahın "... Onların əcəli gəldiyi  zaman nə bir saat geri qalar, nə də irəli keçə bilərlər" (Nəhl surəsi, 61) ayəsiylə bildirdiyi kimi bir adamın əcəli gəldiyi zaman, bu tarixə kimsənin mane olması, ya da irəli çəkməsi mümkün deyil. Həmçinin bu hadisədə Allah, ölüm mələklərini görünməyən səbəb qılmış, görünən üzündə isə, hz. Xızır uşağın canını alırmış kimi göstərmişdir. Həqiqətdə isə hz. Xızır vəhylə hərəkət edən bir insandır və Allahın əmrinin xaricinə qətiyyən çıxa bilməz. Allah istəməyincə, öz iradəsi ilə bir şey etməsi mümkün deyil. Allah bu uşağın canını almaq üçün onu vəsilə etmişdir.
Oxşar vəziyyət hz. Musanın canını aldığı adam üçün də keçərlidir. Ayələrdə bu hadisə bu şəkildə bildirilir:
 
O, şəhərə əhalisi xəbərsiz ikən daxil oldu və orada bir-biri ilə vuruşan iki kişi gördü. Biri onun tərəfdarlarından, o biri isə düşmənlərindən idi. Tərəfdarlarından olan kəs onu düşməninə qarşı köməyə çağırdı. Musa onu vurub öldürdü və: “Bu, şeytan əməlindəndir. Həqiqətən, o, haqq yoldan azdıran açıq-aydın bir düşməndir!” – dedi.  Musa dedi: “Ey Rəbbim! Mən özüm-özümə zülm etdim. Məni bağışla!” O da onu bağışladı. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir (Qəsas surəsi, 15-16)

Hz. Musa kömək etmək üçün dalaşan edən iki adamın arasına girmiş, ancaq istəmədiyi bir hadisə reallaşmış və bir adamın canını almışdır. Ancaq burada da hz. Musanın yalnız bir vəsilə olduğunu unutmamaq lazımdır. Görünüşcə o adam hz. Musanın atdığı yumruq ilə həyatını itirmişdir. Amma hz. Musa yalnız zahiri səbəbdir. Allah bu adamın canını almaq üçün hz. Musanı vəsilə etmişdir. Görünməyən tərəfdəki vəsilələr isə yenə ölüm mələkləridir. Allah ayələrində onların canı almaqla məsul olduqlarını bildirir. Əsl canı alan isə Allahdır.
İnsan nə qədər müqavimət göstərərsə göstərsin, hara sığınarsa sığınsın, hara qaçarsa qaçsın, əslində fərqində olmadan hər an öz ölümünə doğru irəliləyər. Allah, "Əgər siz evlərinizdə olsaydınız belə, alınlarına ölüm yazılmış kəslər yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. (Bunu) Allah kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün (etdi). Allah ürəklərdə olanları biləndir!." (Ali İmran surəsi, 154) ayəsiylə heç bir insanın ölümdən qaça bilməyəcəyini xatırladır.
İnsanın qarşısında başqa bir seçim və ya çıxış yolu yoxdur. Əcəli gəldiyində nə istiqamətə dönərsə dönsün, hara qaçarsa qaçsın ölüm mələkləriylə mütləq qarşılaşacaq. Qədərdə müəyyən bir anda və yerdə ölüm onu ​​mütləq tutacaq. Quranda, bu sirr belə xəbər verilir:
 
De ki: "Əlbəttə sizin qaçdığınız ölüm, şübhəsiz sizinlə qarşılaşıb-görüşəcək. Sonra siz gizlini də, aşkarı da bilən (Allah)a qaytarılacaqsınız, O da sizə nə etdiklərinizi xəbər verəcəkdir." (Cümə surəsi, 8)
 
Hər harada olsanız da ölüm sizi tapar. Hündür təhkim edilmiş qalalarda olsanız belə ... (Nisa surəsi, 78)

Hz. Xızır isə irəlidə inkarçılardan olacağına dair qəti məlumata sahib olduğu bir uşağı, Allahın əmri ilə öldürür. O uşağın həm ailəsinə və ətrafına zülm etməsinin qarşısını almaq, həm də günahlarla boğulmasına mane olmaq istəyir. Bunun üçün əvvəldən tədbir görür.