Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 89-91

Sonra o, yoluna davam etdi. Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq. Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq. (Kəhf surəsi, 89-91)

Hz. Zülqərneyn ikinci dəfə yola çıxdığında bu dəfə şərq tərəfinə doğru gedər. Ayədə keçən bu ifadə ilə, yəqin ki, yenə xəritəyə görə ən şərqdəki Koreya, Çin və ya Şimali Çin (Mancuriya) kimi bölgələrə işarə edilmiş ola bilər.
Ayənin davamında hz. Zülqərneynin "Günəşi onlar üçün sipər qılmadığımız bir qövm" ilə qarşılaşdığından bəhs edilir. Ayədə bəhs edilən sipər sözünün ərəbcəsi "sitren" dir və bu söz "örtmək, gizlətmək" mənasını verən ərəbcə "setere" felindən əmələ gəlir. Buradan aydın olduğu kimi sipər sözü bu ayədə, "geyim ya da binadan təşkil olunmuş örtü" mənasında istifadə edilir.
Bu səbəbdən bəhs edilən birlik, içində sığına biləcəkləri evləri olmayan, düz bir ərazidə yaşayan, günəşdən qoruna biləcəkləri sığınacaqları, çətirləri və ya hər hansı başqa vəsaitləri olmayan, çöldə yaşayan köçəri bir birlik ola bilər. Gecələri çalışıb, gündüzləri də yer altında bir sığınacaqda yaşaya bilərlər. Eyni zamanda paltarları olmayan, primitiv şərtlərdə, mədəni olmayan bir mühitdə yaşayan bir birlik olmaları da ehtimal olunur. Necə ki, Ömər Nəsuhi Bilmən də ayədə bəhs edilən bu ifadəni eyni şəkildə təfsir edir:
"Zülqərneynin bu səyahətində (günəşin doğduğu cəhətə qovuşdu) günəşin ilk şəfəq saçdığı bir mamureyə (abad yerə) gəldi.  O günəşi (bir qövm üzərində doğan tapdı ki, onlar üçün günəşə qarşı bir sipər etmiş deyildik) bu qövm üçün günəşin şüalarını aradan qaldıracaq bir geyim, bir bina və bir təpə kimi bir şey yox idi. Bunlar günəş doğulanda, ya yer altındakı zirzəmilərə və ya dənizə girərlərdi. Günəş batınca çıxar işləriylə məşğul olardılar” (7)
91-ci ayədə isə hz. Zülqərneynin özülü əhatə edən bir məlumata sahib olduğundan bəhs edilir. Özülü əhatə edən məlumat ifadəsinin ərəb dilindəki qarşılığı "hubr" dur. Və bu söz "bütün incəlikləri və həqiqəti bilmə" mənasında istifadə edilir.

Bu elm daha əvvəlki hissələrdə də vurğuladığımız kimi Allahın dilədiyi qullarına Öz Qatından verdiyi xüsusi bir elmdir. Kəhf surəsinin 68-ci ayəsində də diqqət çəkildiyi kimi, hz. Xızır da bu xüsusi elmə sahib mübarək bir insandır.