Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 4-5

Kitabı həm də: “Allah Özünə övlad götürmüşdür!” – deyənləri qorxutmaq üçün nazil etdi. Bu haqda nə onların, nə də atalarının heç bir biliyi yoxdur. Ağızlarından çıxan söz necə də ağırdır. Onlar yalandan başqa bir şey danışmırlar. (Kəhf surəsi, 4-5)

 
Kəhf surəsinin 4-cü və 5-ci ayələrində xristianların Allah haqqındakı böyük böhtanlarına diqqət çəkilir. Xristianlar ortaya atdıqları azğın təslis inancı ilə öz dinlərini pozmuş və batil bir din meydana gətirmişlər. Ayələrdə onların etdikləri bu böyük saxtakarlıq bu şəkildə ifadə edilir:
 
Ey kitab əhli, dininizdə həddi aşmayın, Allaha qarşı yalnız haqqı deyin. Məryəm oğlu İsa Məsih ancaq Allahın elçisi və sözüdür. Onu (“OL” sözünü) Məryəmə göndərmişdir və Ondan bir ruhdur. Elə isə Allaha və Onun elçilərinə iman gətirin; "üçdür" deməyin. (Bundan) çəkinin, sizin üçün xeyirlidir. Allah, ancaq bir tək ilahdır. O, uşaq sahibi olmaqdan münəzzəhdir. Göylərdə və yerdə hər nə varsa, Ona məxsusdur. Vəkil olaraq Allah yetər. (Nisa surəsi, 171)
 
"Allah Özünə övlad götürdü!" Dedilər. O, (bundan) ucadır; O, heç bir şeyə ehtiyacı olmayandır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Özünüzdə buna bağlı bir dəlil də yoxdur. Allaha qarşı bilmədiyiniz bir şeyi mi deyirsiniz? (Yunis surəsi, 68)
 
Məhz Məryəm oğlu İsa; haqqında şübhəyə düşdükləri "Haqq Söz"dür. Allaha övlad götürmək yaraşmaz.  O ucadır. Bir işin yaranmasını istədiyi zaman, ancaq ona: "Ol!" Deyər, o da dərhal olar. (Məryəm surəsi, 34-35)

Şübhəsiz, Kəhf surəsinin bu ayələrində və yuxarıdakı ayələrdə diqqət çəkilən bu zehniyyət tam olaraq müşrik inancıdır. Quranda bildirildiyi kimi, Allah oxşarı və bənzəri olmayan, övlad sahibi olmaqdan uzaq olan, hər şeyin tək hakimi və hökmdarı, göylərin və yerin Rəbbidir. Axırzamanda yaşayan müsəlmanlar, xristianlar öz müqəddəs kitablarını təhrif edərək ortaya atdıqları bu azğın iddialarının etibarsızlığını insanlara izah etməklə məsuldurlar.