Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 55

İnsanlara doğru yol göstəricisi gəldiyi zaman onların iman gətirmələrinə və Rəbbindən bağışlanma diləmələrinə səbəb yalnız əvvəlkilərin başına gələnlərin onların da başına gəlməsini, yaxud da gözləri görə-görə əzabın gəlib onlara yetişməsini gözləmələri mane oldu. (Kəhf surəsi, 55)

Kəhf surəsinin bu ayəsində, Quran əxlaqına dəvət edildikləri və elçilər tərəfindən doğru yola uymadıqları mövzusunda xəbərdar edildikləri halda inkar edən kəslərin vəziyyəti bildirilir. Bu insanların, təkəbbürləndiklərinə, tövbə edib bağışlanma diləməyə çalışmadıqlarına diqqət çəkilir. İnkarlarının səbəbinin isə Allahdan gələcək bir fəlakəti gözləmələri olduğu xəbər verilir. Bu da haqqında bəhs etdiyimiz insanların, Allahın özlərini bir bəlaya uğratmasına ehtimal vermədiklərinin, Allah qorxularının az olduğunun və hətta heç olmadığının dəlilidir.
Necə ki, keçmiş qövmlərə də Allahın elçiləri insanları Allaha iman etməyə və Quran əxlaqını yaşamağa dəvət etdiklərində, həmişə bənzər bir inkarla və rədlə qarşılaşmışlar. Allah qorxusu olmayan hər qövm inkarda dirənmiş, bunun nəticəsində də əzab bu kəslərin üzərinə haqq olmuşdur. Quranda inkar edənlərin əzabla qarşılıq görmələrinin "Allahın sünnəti" yəni dəyişməz bir qanunu olduğu bir çox ayədə xəbər verilmişdir. Bu ayələrdən bəziləri bu şəkildədir:

O inkar edənlərə de ki: "Əgər son qoysalar keçmişdə (etdikləri) şeylər bağışlanacaq. Amma yenə dönəcək olsalar, əvvəlki (cəmiyyətlərə tətbiq olunan) sünnət, şübhəsiz (onların başına da) gəlmiş olacaq. (Ənfal surəsi, 38)
 
Bütün bunlar onların yer üzündə təkəbbür göstərmələrinə və yaramaz hiyləgərliklər törətdiklərinə görə idi. Yaramaz hiylələr isə ancaq öz sahiblərini qaplayar. Onlar əvvəlkilərin başlarına gələn aqibətdən başqasınımı gözləyirlər? Sən Allahın qayda-qanununa heç bir əvəz tapa bilməzsən, Allahın qayda-qanununda heç bir dəyişiklik də tapa bilməzsən.(Fatir surəsi, 43)
 
Amma Bizim əzabımızı gördükləri zaman iman gətirmələri onlara heç bir fayda vermədi. (Bu,) Allahın qulları arasında davam edən sünnəsidir. Məhz kafirlər burada, ziyana uğramışlar. (Mömin surəsi, 85)

Ayələrdə də bildirildiyi kimi, Allahın mütləq reallaşacaq və heç bir dəyişikliyə uğramayacaq olan qanunu (sünnəsi) gərəyi, elçilərin dəvətini qəbul etməyən bütün qövmlər, vaxtı Allah qatında təyin olunmuş bir zamanda həlak edilmişlər. Bu, heç kimin nə dəyişdirməyə, nə tezləşdirməyə, nə də bir saat gecikdirməyə qadir olmayacaqları bir hadisədir. Çünki bu, hər şeyin Maliki olan Rəbbimizin, əzəldə təsbit etdiyi bir zamandır. Bir ayədə belə buyurulur:

(Bu,) Daha əvvəldən gəlib-keçənlər haqqında (tətbiq olunan) Allahın sünnəsidir. Allahın sünnəsində qətiyyən dəyişiklik tapa bilməzsən. (Əhzab surəsi, 62)