Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 66

Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək şərtilə sənin arxanca gələ bilərəmmi?” (Kəhf surəsi, 66)

Ayələrdə bəhs edilən ifadələrdən, hz. Musanın görüşəcəyi bu mübarək insan haqqında daha əvvəldən vəhy ilə ətraflı məlumat aldığı aydın olur. Bəhs edilən vəziyyəti ortaya qoyan bir çox dəlil vardır. Məsələn, hz. Musa görüşəcəyi yerə, olduğu yer görə olduqca uzaq olmasına baxmayaraq getmək üçün səy sərf etmişdir. Çünki orada görüşəcəyi insanın özünə çox-çox fayda verəcəyinə əmindir. Bunun hər hansı bir görüş olmadığını, çox xüsusi bir görüş olduğunu bilir. O səbəblə hər cür çətinliyi gözə alaraq, uzun bir yol qət etmişdir.
Həmçinin görüşən kimi qarşısındakı insanı dərhal tanımış, onun üstün əxlaqını və elmini fərq etmiş və ona tabe olmağı tələb etmişdir. Bu da qarşısındakı insanın elm öyrədilmiş, mübarək bir adam olduğunun özünə əvvəlcədən bildirmiş ola biləcəyini göstərir. (Ən doğrusunu Allah bilir.)

Görüşəcəyi bu insanın doğru yolda olan və doğru yola yönəldən bir insan olduğu, bu insana tabe olmalı olduğu və ondan məlumat öyrənməli olduğu hz. Musaya vəhy yolu ilə bildirilmiş ola bilər. (Ən doğrusunu Allah bilir.) Üstəlik ondan aldığı bu məlumat və elm ilə hz. Musanın doğru yola çatacağını da bildiyi aydın olur. Bu səbəblə də onu gördüyündə tabe olmaq istədiyini dərhal söyləmişdir.