Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 103-105

De: “Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. Onlar Rəbbinin ayələrini və Onunla qarşılaşacaqlarını inkar edən, buna görə də bütün əməlləri boşa çıxan kimsələrdir. Odur ki, Qiyamət günü Biz onlara əhəmiyyət verməyəcəyik”. (Kəhf surəsi, 103-105)

Bu ayələrdə dünya həyatı boyunca çalışıb əlləşmiş, bəlkə maddi baxımdan müvəffəqiyyətli olmuş, müəyyən bir kariyeraya sahib olmuş, sənət əsərləri, elmi kəşflər ortaya qoymuş, ancaq Allahın varlığını və ayələrini inkar etdikləri üçün axirətdə səyləri boşa getmiş olan insanlardan bəhs edilir.
Bir insan Allaha inanmaz, Quran ayələrini inkar edər və edilən xəbərdarlıqlardan üz döndərsə, bu adam -böyük əsərlər meydana gətirsə və ya çox əhəmiyyətli ixtiralar etsə də- axirəti baxımından böyük bir itkiyə məruz qalacaq. Ayələrdə bu şəxslərin vəziyyəti bu şəkildə ifadə edilir:
 
... İmanı inkar edərsə, əlbəttə onun etdiyi boşa çıxmışdır. O, axirətdə ziyana uğrayanlardan olar. (Maidə surəsi, 5)
 
Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlər, onların əməlləri boşa çıxmışdır. Onlar etdiklərindən başqasıylamı cəzalandırılacaqdılar? (Əraf surəsi, 147)
 
...Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və övlad baxımından daha çox idilər. Onlar öz paylarından zövq aldılar. Sizdən əvvəlkilər öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar batil fikirlərə daldıqları kimi, siz də daldınız. Onların əməlləri dünyada da, axirətdə də heçə getmişdir. Məhz onlar ziyana uğrayanlardır. (Tövbə surəsi, 69)

Ayələrdə inkar edənlərin bütün səyləri boşa gedərkən, iman edənlərin hər yaxşılıqlarının ən gözəliylə qarşılıq tapacağı da müjdələnir. Onların heç bir əməllərinin boşa çıxarılmayacağı bir ayədə belə xəbər verilir:

Rəbbi onlara belə cavab verdi: “Mən, sizlərdən yaxşı işlər görən – istər kişi, istərsə də qadın olsun, – heç bir kəsin əməyini puç etmərəm. Siz bir-birinizdənsiniz. Hicrət edənlərin, öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin, əlbəttə, təqsirlərindən keçəcək və onları ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcəyəm. Bu, Allah tərəfindən bir mükafatdır. Gözəl mükafat məhz Allah yanındadır”. (Ali İmran surəsi, 195)