Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 95

O dedi: “Rəbbimin mənə əta etdiyi mülk daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin, mən də sizinlə onlar arasında möhkəm bir sədd çəkim. (Kəhf surəsi, 95)

Bu ayədə təkrar hz. Zülqərneynin iqtidarının sağlamlığına diqqət çəkilir. Onun hakimiyyəti ən kiçik bir zərbədə yıxılacaq qədər çürük və zəif bir iqtidar deyil. Son dərəcə güclü, xalqına və ehtiyac içində olan digər millətlərə güvən verən, rəhbərlik şəkli və tətbiqləriylə insanlar üzərində narahatlıq meydana gətirməyən bir dövlətdir. Allahın izni ilə heç bir çətinlik və zərbə ilə yıxılmayacaq bir sağlamlığa sahib olduğu görünür. Bu ayə ilə Allah, daxili və xarici müxalifətin, təzyiqlərin və zorakılıqların əsla təsir etməyəcəyi, qarşıdurma, çaxnaşma və qiyamlarla sarsılmayacaq qədər dövlətə hakim bir iqtidarın əhəmiyyətinə diqqət çəkir.
Hz. Zülqərneyn etdiyi kömək qarşılığında hədiyyə almır. Quranda peyğəmbərlərin bu əxlaqıyla əlaqədar başqa nümunələr də var. Məsələn, hz. Süleymanın özünə göndərilən hədiyyələri rədd etməsi Quranda belə bildirilmişdir:
 
Mən onlara bir hədiyyə göndərəcəyəm və baxacağam görüm elçilər nə ilə qayıdacaqlar. Elçilər Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz. (Nəml surəsi, 35-36)

Hz. Süleymanın da, hz. Zülqərneynin də özlərinə təklif edilən maddi qarşılığı qəbul etməməsinin bir çox hikməti ola bilər. Bu hikmətlərdən biri alacağı bir yardımın qarşı tərəfdə meydana gətirəcək mənfi təsirlərin qarşısını almaq ola bilər. Çünki insanın maddi köməklik etdiyi bir insana qarşı hörmətində, itaətində azalma ola bilər. Bu, insan psixologiyasında olan ruh halıdır. Ayədə belə bir vəziyyətə yer verməmək üçün, edilən bir yardımın pulsuz və ehtiram olaraq edilməsinin əhəmiyyətinə işarə edilir. Heç şübhəsiz ki, belə bir köməklik həm sevgini, həm də bağlılığı daha çox artıracaq. Üstəlik, hz. Zülqərneyn də eynilə hz. Süleyman kimi, iqtisadiyyatı və xəzinəsi çox güclü bir dövlətin başındadır və bu zəngin dövlətin, etdiyi köməyə görə bir qarşılıq gözləməyə ehtiyacı yoxdur.
Ancaq hz. Zülqərneyn, maddi qarşılıq almadığı bu qövmün edəcəyi köməyə insan gücüylə dəstək olmalarını istəyir. Beləcə öz dövlətinin insan gücünü istifadə etmir, kömək etdiyi qövmün yerli xalqını vəzifələndirir, onlara müxtəlif məsuliyyətlər verir. Bu şəkildə, onlara sənəti və elmi öyrədir, mədəni və texnoloji baxımdan irəliləmələrini təmin edir. Ayrıca, işsiz və boş dayanan insan gücünü hərəkətə keçirir. Beləcə həm öz dövlətinin xəzinəsindən gərəksiz xərcləmir, həm də öz müdafiələrində vəzifələndirmək surətiylə onları ölkələrinə fayda təmin edəcək hala gətirir. Ədalətə, hörmətə və haqqa əsaslanan belə bir əlaqə şübhəsiz ki, qarşılıqlı etibarı və xalqın dəstəyini asanlıqla əldə edə bilər.
Belə bir tətbiqin bir çox müsbət istiqaməti vardır. Bunlardan birincisi, xalqın təhsili və yetişmiş insan gücünün artmasıdır. Həmçinin xalq tənbəllikdən və ətalətdən xilas olacaq, öz səyləri ilə müvəffəqiyyət əldə etmənin hüzurunu yaşayacaq. Bu eyni zamanda, millətin özünə inamını qazandıracaq bir tətbiqdir. Öz dövlətinin möhkəmliyi üçün çalışan bir millətin gördüyü işdə çətinlik çıxarması, üsyana və qiyamlara meyil göstərməsi çox çətindir. Bu səbəbdən, bu kömək əsnasında da xalq asanlıqla idarə olunacaq. Həmçinin insanlar öz qövmlərindən insanlarla daha rahat və daha məhsuldar şəkildə çalışır, öz millətlərinə xidmət etməkdən daha çox zövq alırlar. Allah rizası üçün görülən işlərdə təbii ki, bunun əhəmiyyəti yoxdur. Amma hər insanın bu mövzuda dəqiqlik göstərməsi, yalnız Allah rizasını güdməsi gözlənilə bilməz. Bu vəsiləylə dindar olanlar kimi, dindar olmayan insanların da hüquqları qorunmuş olur. Burada hz. Zülqərneynin, yaşadığı dövrdə dünyanın hər tərəfini fəth etmiş bir hökmdar olaraq nə qədər ağıllı bir siyasət izlədiyini görmək mümkündür.

Ayədə hz. Zülqərneynin "bir əngəl hazırladığından" bəhs edilir. Burada keçməni əngəlləyən bir quruluşun inşa edilməsiylə, yıxılmaz və aşmaz memarlığa, yüksək texnologiyaya işarə edilir. Xüsusilə də bina, körpü başda olmaq üzrə hər cür abadlıq işlərinin möhkəm olması son dərəcə əhəmiyyətlidir. Bu kimi quruluşlar zəlzələ, sel, yağış kimi təbii fəlakətlərlə, ya da hər hansı bir hərbi hücumla yıxılmayacaq qədər möhkəm inşa edilməlidir.