Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 101

O kəslərə ki, gözlərinə Məni anmamaq üçün pərdə çəkmişdilər, özləri də eşidə bilmirdilər. (Kəhf surəsi, 101)

Kəhf surəsinin bu ayəsində Allah inkar edənlərin zikr etməkdə qəflət içində olduqlarını bildirir. Rəbbimiz bir başqa ayəsində də "Xeyr, onlar öz Rəbbini zikr etməkdən üz çevirənlərdir" (Ənbiya surəsi, 42) şəklində buyurur. Onlar Allahın ayələrini inkar edir, kainatın hər bir təfərrüatındakı yaradılış dəlillərini görməzlikdən gəlir və Allahın insanlara bir hidayət rəhbəri olaraq endirdiyi Quranı dinləməkdən şiddətlə qaçırlar. Halbuki Allah zikrin əhəmiyyətini bir çox ayədə vurğulayır və əksinin qəflət halı olacağını bildirir:
 
"Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma." (Əraf surəsi, 205)

İnsan, Quran əxlaqını yaşamaqla, hər etdiyi işdə Allahın razılığını axtarmaqla və Allahın əmr və tövsiyələrinə dəqiqliklə riayət etməklə məsuldur. Zikrin əhəmiyyəti Ənkəbut surəsində də bu şəkildə bildirilir:
 
Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı zikr etmək isə şübhəsiz ən böyük (ibadət) dir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)

Möminlər üçün isə Allahın "Ey iman gətirənlər, nə var-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, artıq onlar ziyana uğrayanlardır." (Münafiqun surəsi, 9) əmri gərəyi zikr hər şeydən əhəmiyyətlidir. Allah "Rəbbinin adını zikr et və hər şeydə özünü tamamilə Ona həsr et" (Müzzəmmil surəsi, 8) şəklində buyurmuşdur. Müsəlmanların Allahı zikr etmə mövzusundakı qətiyyətləri bir ayədə də bu şəkildə bildirilir:
 
(Elə) Adamlar ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz”; onlar, qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən alt-üst olacağı) bir gündən qorxurlar. (Nur surəsi, 37)

Kəhf surəsinin 101-ci ayəsində diqqət çəkilən bir başqa mövzu isə inkar edənlərin Quranı dinləməyə dözə bilməmələridir. Onlar özləri kimi, digər insanların da Qurandan uzaq olmalarını istəyərlər. Çünki Quranı dinləyən bir adam vicdanının səsinə uyaraq, yaxşıların tərəfinə keçə bilər; haqqı tətbiq edərək yaşamağa və yaşatmağa başlaya bilər. Məhz bu səbəblə də inkar edənlər, özlərinə edilən təbliği dinləməmək üçün hər cür üsullardan istifadə edərlər. Allah "İnkar edənlər dedilər ki: "Bu Quranı dinləməyin və oxunarkən hay-küy qoparın. Bəlkə, qalib gələsiniz." (Fussilət surəsi, 26) ayəsi ilə bu kəslərin istifadə etdikləri metodu da bildirmişdir.
İnkar edənlər Quranı dinləməmək üçün yuxarıdakı ayədə ifadə edildiyi kimi, yüksək səslə üstün gəlməyə cəhd göstərər, mövzunu dəyişdirməyə çalışar və ya təcavüzkar bir üslubla ayələrin oxunmasını əngəlləəyə cəhd edərlər. Bu üsullar işə yaramazsa, bu dəfə iman edənləri susdurmaq üçün şiddətə, təhdidə və hər cür təzyiq üsullarına müraciət edə bilərlər. Bunları etmələrinin tək səbəbi isə duyduqları həqiqətlərdən təsirlənəcəklərini, vicdanlarının hərəkətə keçəcəyindən və bəzi düşüncələrinin nə qədər səhv olduğunu fərq edəcəklərindən qorxmalarıdır. Bu qorxularını onların üz ifadələrindən, rəftarlarından, Quran ayələri oxunarkən və yaradılış həqiqəti izah edilərkən bir anda çaxnaşmaya düşmələrindən dərhal anlamaq mümkündür. Tək qurtuluşları Quran əxlaqına tabe olmaq olmasına baxmayaraq inkar edənlərin haqqı dinləməkdən qaçacaqlarını Allah Yasin surəsində belə bildirir:

Onlara: “Önünüzdə olan və arxanızca gələndən (dünyada və axirətdə olan əzabdan) qorxun ki, bəlkə sizə rəhm oluna!” – deyildikdə üz çevirirlər. Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər.  (Yasin surəsi, 45-46)

Halbuki Quranı dinləməmək üçün qulaqlarını tıxayanlar bilməlidirlər ki, haqq-hesab günü çox böyük bir peşmanlıq yaşayacaqlar. O gün tək istədikləri şey isə ölümün hər şeyi bitirməsi olacaq. Bu vəziyyət Quranda belə xəbər verilir:

Kitabı sol əlinə verilən isə; o da, deyər ki: "Kaş əməl dəftərim mənə verilməyəydi. Hesabımı heç bilməsəydim. Kaş o (ölüm hər şeyi) kəsib bitirsəydi. Malım mənə heç bir fayda təmin edə bilmədi. Güc və qüdrətim yox olub getdi." (Haqqə surəsi, 25-29)