Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 69

Musa dedi: “İnşaAllah, səbirli olduğumu görəcəksən. Sənin heç bir əmrindən çıxmayacağam”. (Kəhf surəsi, 69)

Ayədə görüldüyü kimi, hz. Musa, hz. Xızırın söylədiyi sözlər qarşısında dərhal müsəlmanca bir rəftar göstərir " İnşaAllah" -yəni "əgər Allah dilərsə" - deyə cavab verir. Bu söz möminlərin Allaha təslim olmalarının, qədərin hər an işlədiyini bildiklərinin, Allah diləmədikcə heç bir şeyə güc yetirə bilməyəcəyinin fərqində olduqlarının bir ifadəsidir.
Kəhf surəsinin 23 və 24-cü ayələrinin şərhlərində də bəhs etdiyimiz kimi, heç bir şey üçün "onu sabah edəcəyəm!" deməmək, " Allah dilərsə (inşaAllah)" demək Allahın bir əmridir.
Hz. Musanın bu cavabı ilə Allah, müsəlmanların bir işə başlamadan, bir qərar vermədən, sabahısı gün üçün bir plan qurmadan əvvəl mütləq "inşaAllah" dəmələrinin əhəmiyyətinə diqqət çəkir. Çünki insana o işi həyata keçirməyə gücü və bacarığı verən də, nəticədə müvəffəqiyyətə çatdıracaq olan da yalnız Allahdır.

Müsəlmanların bu çox əhəmiyyətli həqiqəti bir an belə ağıllarından çıxarmamaları, kainatdakı hər hadisənin hər şeydən xəbərdar olan Allahın idarəsində və məlumatında olduğunu unutmamaları lazımdır.