Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 24

Ancaq: “Əgər Allah istəsə!” (“inşaAllah” – de!) Unutduğun zaman Rəbbini yada salıb: “Ola bilsin ki, Rəbbim məni haqqa bundan daha yaxın olan bir yola yönəltsin” – de. (Kəhf surəsi, 24)

 
Ayədə hər hansı bir şeyi unudan zaman Allahın adının anılmasının, unudulan şeyi xatırlamada -əgər xatırlanması xeyirliysə- faydalı bir yol olduğuna işarə edilir. Belə bir unutma vəziyyətində Allahın adının zikr edilməsi insan üçün şəfa qaynağıdır. Ancaq insanın unutduğu şeyi xatırlaması da Allahın diləməsi ilə mümkündür. Əgər Allah diləməzsə xatırlatmaz, əgər bir xeyir görərsə də insanın xatırlamasını təmin edər.

Ayənin davamında isə Allah, Peyğəmbərimiz (s.ə.v)-ə yaxın olan bir müvəffəqiyyət üçün dua etməsini əmr edir. Dünya həyatında meydana gələn müvəfəqqiyyətlər bəzən uzun, bəzən də qısa vaxtda ola bilər. Bəzən insan çox çalışıb, səy sərf etdiyi bir işdə qısa müddətdə müvəffəqiyyət qazanmaya bilər. Uzun müddət iradə göstərməli, səbir etməli ola bilər. Bunun bir çox hikməti, insanı tərbiyələndirən istiqamətləri vardır. Ancaq bununla bərabər iman edənlər Allahdan, qısa dövrdə müvəffəqiyyətli olmağı da tələb edə bilərlər. Əhəmiyyətli olan hz. Şüeybin sözləriylə, "Mən müvəffəqiyyətim ancaq Allah ilədir; Ona təvəkkül etdim və Ona üz tuturam" (Hud surəsi, 88) ayəsində xəbər verildiyi kimi səmimi bir qəlblə Allaha yönəlməkdir. Allaha təvəkkül edən və hər cür işi edənin yalnız Allah olduğunu bilən insan Rəbbimizin dəstəyini hər an ümid edə bilər. Necə ki, Allah Əla surəsində Peyğəmbərimiz (s.ə.v)-ə "Və səni asan olan üçün müvəffəqiyyətli edəcəyik" (Əla surəsi, 8) şəklində səslənir və istədiyi insanı asanlıqla müvəffəqiyyətə çatdıracaq olanın yalnız Özü olduğunu xatırladır.