Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 27

Rəbbinin Kitabından sənə vəhy olunanları oxu. Onun kəlmələrini heç kəs dəyişdirə bilməz. Ondan başqa heç bir sığınacaq tapa bilməzsən.
(Kəhf surəsi, 27)

İnsanın gerçək dini öyrənə biləcəyi ən doğru qaynaq Qurandır. Çünki Quran hər şeyi yaradan, hər şeyin ən doğrusunu bilən Allahın sözüdür. Allah insanlara ehtiyac duyacaqları hər mövzunu Quranda açıqlayır. Bu ayəsiylə Allah, Peyğəmbərimiz (s.ə.v)-ə də Quranla vəhy edilənləri oxumasını əmr etmişdir.
Ayənin davamında isə Quranın sözlərinin qətiyyən dəyişməyəcəyi bildirilir. Quranda Allahın xəbər verdiyi kimi, daha əvvəl göndərilən müqəddəs kitablar insanlar tərəfindən təhrif edilmiş, əlavə və çıxarışlarla dəyişdirilmişdir. Ancaq bu vəziyyət Quran üçün keçərli deyil. Allahın " Heç şübhəsiz, zikri (Quranı) Biz nazil etdik Biz; onun qoruyucuları da həqiqətən Bizik." (Hicr surəsi, 9) ayəsiylə də bildirdiyi kimi, Quran Allahın qoruması altındadır. Quranın bu xüsusiyyətini Rəbbimiz ayələrdə bu şəkildə xəbər verir:
 
Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Biləndir. (Ənam surəsi, 115)
 
Nə önündən, nə də arxasından batil ona girişə bilməz. O, Müdrik, Tərifəlayiq Allah tərəfindən nazil edilmişdir. (Fussilət surəsi, 42)

Ayənin davamında bəhs edilən "... Onun xaricində qəti olaraq bir sığınacaq (mövqe) tapa bilməzsən" ifadəsi isə insanların düşdükləri böyük bir səhvə işarə edilir. İnsanların böyük bir hissəsi Allahın sonsuz qüdrətini təqdir edə bilməzlər. Başqa dost və vəlilər edər və bunların çətinlik anında özlərinə kömək edəcəklərinə, dəstək olacaqlarına inanırlar. Halbuki insan, Allahdan başqa sığındıqlarının da özü kimi Allahın yaratdığı aciz qullar olduqlarını unutmamalıdır. Özünə sığınan varlıqlara da Allah güc verir və hər biri Allahın təcəlliləridir. Kainatdakı hər varlıq ancaq Allahın diləməsiylə hərəkət edir:
 
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım Kitabı nazil edən Allahdır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər” (Əraf surəsi, 194-197)

Ayədə də bildirildiyi kimi insanların Allahı qoyub, dünya həyatında özünə dost və vəli olaraq seçdiyi kəslər Allah diləmədikcə heç bir şeyə güc yetirə bilməyən aciz varlıqlardır. Bu varlıqların insanı hər hansı bir çətinlikdən, fəlakətdən, ya da müsibətlərdən qurtarması qətiyyən mümkün deyil. Bir başqa ayədə bu həqiqət belə xəbər verilir:

Allahı buraxıb özlərinə zərər verməyəcək və faydaları toxunmayacaq şeylərə ibadət edərlər və: "Bunlar Allah yanında bizim şəfaətçilərimizdir" deyərlər. De ki: "Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyi mi xəbər verirsiniz? O, sizin qoşduğunuz şəriklərdən uzaqdır və ucadır." (Yunis surəsi, 18)