Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 96

Mənə dəmir parçaları gətirin!” Nəhayət, dağın iki yamacı arasını dəmir parçaları ilə doldurduqda: “Körükləyin!” – dedi. Dəmir közərən kimi: “Gətirin mənə, onun üstünə ərimiş mis töküm!” – dedi. (Kəhf surəsi, 96)

Ayədə hz. Zülqərneynin iki dağ arasında sədd inşa edərkən dəmir-beton texnologiyasından faydalandığına işarə edilə bilər. Bu texnologiya hal-hazırda demək olar ki, bütün binaların və böyük bəndlərin inşaatlarının istehsalında istifadə edilir.
Həmçinin ayədə hz. Zülqərneynin iki dağ arasındakı bu möhkəm maneəni inşa edərkən dəmir və qətranı (bəzi təfsirçilərə görə ərimiş misi) istifadə etdiyi xəbər verilir. İnşaat sektorunda istifadə edilən ən möhkəm material dəmirdir. Binaların ya da körpü, bənd kimi memarlıq əsərlərinin möhkəmliyinin artırılması üçün mütləq dəmir istifadə edilməlidir. Çünki dəmir olmadan tikilən inşaatlar ən kiçik bir xəsarətdə, sarsıntıda, ya da təxribatda dərhal çökər.
Hz. Zülqərneyn, səddi inşa edərkən dəmir hissələri və suvaq istifadə edərək böyük bir sədd inşa etmiş ola bilər. Dəmirləri uc-uca birləşdirmiş və üzərlərinə tökülən suvaq ilə möhkəm dəmir-beton quruluş meydana gətirmişdir. (Ən doğrusunu Allah bilir).
Ayədə "əridilmiş mis" olaraq tərcümə edilən ifadənin bir mənası da "qətran"dır. Qətran, dəmiri rütubət və dəniz suyundan qorumaq üçün istifadə edilən, şam ağacından və mədən kömüründən əldə edilən bir örtük maddəsidir. Hz. Zülqərneyn qətranı, inşa etdiyi dəmirdən olan o tikilinin üzərinə axıtmış və bunun sayəsində dəmirin oksidləşib, paslanmasını əngəlləmiş ola bilər. Necə ki, bu gün müasir dəmir-beton texnologiyasıyla inşa edilən tikililərdə də qətran bənzəri izolyasiya materialları tez-tez istifadə olunur.

Hz. Zülqərneyn dəmir-beton quruluşu düzəltmək üçün üzərinə qətran axıdılmış olan dəmiri, qum, əhəng, çınqıl daşı və sudan yaradılan bir suvaq materialı ilə birləşdirmiş ola bilər. Beləcə betonun çox daha güclü olmasını təmin etmiş ola bilər. Normal şərtlər altında qum və əhəngdən düzəldilən bir suvaq asanlıqla deşilə bilər. Ancaq bu suvaq dəmirlə möhkəmləndirildikdə, deşilməsi mümkün olmaz. Bu quruluş, deşmək istəyənlər baxımından son dərəcə çəkindirici olar. Bu dəmir-beton quruluşun üzərinə tətbiq olunan bir təzyiq nəticəsində dağılması, zərər görməsi, üzərində keçilməsi mümkün olan bir dəlik açılması, o zamankı şərtlərdə dağıdılması Allahın diləməsi xaricində qeyri-mümkündür.