Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 30

İman gətirib yaxşı əməllər edənlərə gəlincə, Biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. (Kəhf surəsi, 30)

Saleh əməlin əhəmiyyətini əvvəlki hissələrdə izah etmişdik. Bu ayədə də Allah ən gözəl davranışlar etməyin əhəmiyyətinə diqqət çəkir. Ən gözəl davranış Allahın ən çox razı olacağı, Quran əxlaqına tam uyğun və ixlasla edilən saleh davranışdır. Allah bir ayəsində gözəl davranışların əhəmiyyətini belə bildirir:
 
Göylərdə və yerdə olanlar Allaha məxsusdur; O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır. (Nəcm surəsi, 31)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, iman edən insanların Allahı razı edəcək gözəl davranışlarda olmaları da son dərəcə əhəmiyyətlidir. Rəbbimiz gözəl davranışlarda olanların daha gözəl bir qarşılığı uma biləcəklərini xəbər vermişdir. İnsan etdiyi gözəl davranışların qarşılığını yalnız Allahdan gözləməlidir.
Allah insanın hər etdiyini əhatə edəndir. Rəbbimizin etdiyimiz bütün gözəl davranışlardan xəbərdar olması kifayətdir. Çünki bizə bunların qarşılığını verəcək olan, qəlblərimizdə olanı bilən Allahdır. Allah, Quran əxlaqına uyğun, gözəl davranışlar edən möminlərin mükafatlarını tam verəcəyini söyləyir, onları cənnətlə belə müjdələyir:
 

Xəbəriniz olsun; Allahın vəliləri, onlar üçün qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Onlar iman edənlər və (Allahdan) qorxanlardır. Müjdə, dünya həyatında və axirətdə onlarındır. Allahın sözləri üçün dəyişiklik yoxdur. Bu, böyük qurtuluş və xoşbəxtlik budur. (Yunis surəsi, 62-64)