Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 52-53

O gün Allah müşriklərə: “İddia etdiyiniz şəriklərimi çağırın!” – deyəcək. Müşriklər onları çağıracaq, lakin onlar cavab verməyəcəklər. Biz müşriklərlə bütlərin arasına həlak edici bir yarğan salarıq. Günahkarlar atəşi görən kimi oraya düşəcəklərini yəqin edəcək və oradan qaçmağa bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 52-53)

Bu ayələrdə Allaha şərik qoşan insanların axirətdə heç gözləmədikləri bir qarşılıq görəcəkləri xəbər verilmişdir. Allahın ayələrini inkar edib, Ona şərik qoşanları, o gün ortaqları tərk edəcək və onlar tamamilə tənha qalacaqlar. Hər insan yalnız öz etdiklərindən hesaba çəkiləcək, heç bir şəkildə haqsızlıqla qarşılaşmayacaqdır. Ayələrdə belə buyurulur:
 
Əgər onlara Rəbbinin əzabından bir yel belə toxunsa, onlar mütləq: “Vay halımıza! Biz, həqiqətən də zalım olmuşuq” – deyərlər. Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. Görülmüş iş bir xardal dənəsi mislində olsa belə, onu gətirib tərəziyə qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.  (Ənbiya surəsi, 46-47)

Kəhf surəsinin bu ayələrində diqqət çəkilən bir başqa mövzu isə, Allaha şərik qoşanların axirətdə bir "qaçış yolu" axtarmalarıdır. Ancaq Allah ayəsində belə bir qaçış yeri tapa bilmədiklərini bildirir. Yəni bu insanların vəziyyəti, Allah Qatında bilinir. Bu ayədə xəbər verilənlər, dünya üzərində gəlib-keçmiş heç bir insanın bilmədiyi, görmədiyi görünüşlər, eşitmədiyi söhbətlərdir. Bunlar, bizim üçün gələcəkdə reallaşacaq hadisələr olduğu üçün qeyb, bilinməyən hadisələrdir. Ancaq bütün zamanları əhatə edən Rəbbimiz qatında bu hadisələr çoxdan reallaşmış və nəticələnmişdir.

Rəbbimiz insanların önə sürdükləri bəhanəni, qaçış üçün etdikləri planları, istifadə etdikləri üsulları, necə bir əzabla qarşılaşacaqları, əzab içində sonsuz zamanlarını necə keçirəcəklərini bilir. Onsuz da bütün bunları yaradan da Odur. Bunları bizə ibrət almağımız üçün əvvəldən xəbər verir. Ancaq bu, yalnız bizim üçün "əvvəlcədən" dir. Allah Qatında "əvvəlcədən" və ya "sonradan" deyə bir şey yoxdur. Əvvəl, Allah Qatında hazır vəziyyətdədir və indi yaşanır. Yəni Allahın əvvəldən bilməsi, əvvəli xatırlama şəklində deyil. Sonra olacaq hadisələr də Allahın hifzində bir məlumat olaraq vardır. Amma bu məlumat bizim bir şeyi öyrənməyimiz kimi deyil. "Sonra" da Allah qatında bu an hələ də yaşanır və yenə bu an bitir. Hal-hazırdakı an da bu an yaşanmışdır və nəticələnmişdir. Hər an; yəni əvvəl, sonra və indi yaşadığımız hər şey əslində Allah qatında "tək bir an" olaraq mövcuddur. Allah bütün zamanları və məkanları elmi və qüdrəti ilə əhatə etmişdir.