Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 50

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir! (Kəhf surəsi, 50)

Bu ayədə itaətin əhəmiyyətinə diqqət çəkilir. Ayədə şeytanın Allahın əmrinə itaət etməyib, hz. Adəmə səcdə etmədiyi bildirilir. Şeytanın ən diqqət çəkən xüsusiyyəti itaətsizliyi ikən, möminlər Allaha, elçilərinə və Onun kitabına olan güclü itaətləriylə tanınarlar.
İtaətli olmaq, insan həyatının hər anında çox böyük əhəmiyyət kəsb edir. Bilindiyi kimi bir cəmiyyətdə hüzur və sükunət, insanların dövlətə və onun bütün sahələrinə göstərdikləri itaət, hörmət və etibarla təmin edilə bilər. Allah müsəlmanlara bir çox ayəsi ilə itaəti əmr edir. Bu səbəbdən Quran əxlaqına görə yaşayan insanların meydana gətirdiyi bir cəmiyyət eyni zamanda, dövlətə itaətin və hörmətin ən yüksək dərəcədə yaşandığı bir mühit olur.
Din əxlaqı, eyni zamanda insanları hər cür anarxiya və terror hərəkətindən də uzaq tutar. Çünki Allah Quranda insanları "təxribatçılığı" da qadağan etmişdir. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:
 
Allahın sənə verdiyindən özünə axirət qazan, dünyadan da öz payını (nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi, sən də ehsan et və yer üzündə fitnə-fəsad çıxarma. Çünki Allah fitnə-fəsad törədənləri sevməz. (Qəsas surəsi, 77)
 
... Ölçüyə və çəkiyə tam riayət edin, insanların əşyalarını əksik verməyin və yer üzü islah olunduqdan sonra orada fəsad törətməyin. Əgər möminsinizsə, bu, sizin üçün daha xeyirlidir. (Əraf surəsi, 85)

Din əxlaqını gərəyi kimi qavrayan və yaşayan bir insan, Allahın ayələrindəki bu əmrin tələbi olaraq, yer üzündə qarışıqlıq çıxarmaqdan şiddətlə çəkinər. Quran əxlaqına uyğun, hüzur və sükunət dolu, etidallı, tolerant, hadisələri şiddətləndirməyən, əksinə hər zaman uzlaşdırıcı bir əxlaq sərgiləyər.

Yuxarıdakı Quran ayələrində izah edilən, şeytanın yolu ilə getməyən əsl dindar modeli cəmiyyətdə yayılsa, ictimai həyatda sülh və əmin-amanlıq hakim olar. Polisin və digər təhlükəsizlik qüvvələrinin vəzifələrini yerinə yetirməyə imkan verməyən, onlara qəzəblə cavab verən və çətinlik çıxaran insanlar olmaz. Əksinə İslam əxlaqını yaşayan insanlar, köməksevər və xoşgörüşlü əxlaqlarıyla, təhlükəsizlik qüvvələrinin yanında olar, onların işlərini asanlaşdıracaq şəkildə hərəkət edərlər. Bu əxlaqdakı insanların varlığı sayəsində cəmiyyətdən anarxiya, terror, qarışıqlıq və düşmənçilik aradan qaldırılar. İnsanlar arasında davam edən döyüşlər, bağırtılar, mübahisələr tamamilə ortadan qalxar. Hər kəs küçəyə rahatca çıxa bilər, gecə-gündüz təhlükəsizlik içində hər yerdə gəzə bilər.