Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 75-76

Xızır dedi: “Sənə demədimmi ki, mənim yanımda səbir edə bilməzsən?” Musa dedi: “Əgər bundan sonra səndən bir şey barəsində soruşsam, daha mənə yoldaş olma. Sən artıq mənim diləyəcəyim sonuncu üzrxahlığa çatdın”. (Kəhf surəsi, 75-76)

Qullarına dilədiyi zaman səbir göstərmə gücünü verən, istədiyi zaman da bu gücü geri alan Allahdır. Quranda möminlərin bu gözəl xüsusiyyətləri bir çox ayədə vurğulanır, ancaq səbri verənin Allah olduğu ifadə edilir. Məsələn, Bəqərə surəsində Talutun ordusunun döyüş əsnasında səbri Allahdan dilədikləri bildirilir:
 
Onlar Calut və ordusuna qarşı meydana (döyüşə) çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbir ver, addımlarımızı sabit qıl və kafirlərə qələbə çalmaqda bizə kömək et." (Bəqərə surəsi, 250)

76-cı ayədə isə hz. Musanın, meydana gələn bu vəziyyətdən hz. Xızırın narahatlıq hiss etdiyinin fərqində olduğu aydın olur. Hz. Xızırın etdiyi xatırlatmalara və səbir edə bilməyəcəyi istiqamətində qətiyyət ifadə edən danışmalarına baxmayaraq, hz. Musa israrla səbir göstərəcəyini ifadə etmiş, ancaq iki hadisədən sonra artıq bir həll yolu tapmağa qərar vermişdir. Bunun üçün də hz. Xızırın bu elmi öyrətməkdən imtina etməməsi üçün yeni bir razı salma üslubu istifadə etmişdir.

Hz. Musanın çəkindiyi mövzu hz. Xızırın onu öyrətməkdən, ona müxtəlif nəsihətlərlə dərs verməkdən imtina etməsi ehtimalıdır. Bu səbəblə də, tək istəyi ona təminat və zəmanət verərək bu dərsdən imtina etməsini əngəlləməkdir. hz. Musa təhsilin mümkün qədər davam etməsini və hz. Xızır kimi xüsusi elm verilmiş müqəddəs bir quldan mümkün olduğu qədər istifadə edə bilməyi istəyir. Bunun üçün də razı salıcı bir şərt qoşmağı həll yolu olaraq tapmışdır.