Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 12

Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. (Kəhf surəsi, 12)

Əshabi-Kəhfin gizliliyi, ayədən də aydın olduğu kimi, müəyyən bir müddətə qədər davam etmişdir. Daha sonra Allahın təqdir etdiyi zamanda, Onun diləməsi ilə bu gənclər oyanmışlar. Axırzamanda faşizmi və ya kommunizmi mənimsəmiş rəhbərliklərin təzyiqi altında olan iman əhlinin gizlənmə dövrü də Allahın qədərdə təyin etdiyi bir vaxta qədər davam edəcək. Bu müddətin sonunda isə bütün gizlilik ortadan qalxacaq və iman edənlər insanların arasına qarışıb, Allahın varlığını, iman həqiqətlərini, Quran əxlaqını onlara izah etmək üçün işlərinə başlayacaqlar.
Bu gizlənmə müddətinin nə qədər olacağı isə Allah qatında bir hesab üzrədir. Ayədə bu müddətin il, gün, saat olaraq Allah qatında müəyyən olduğuna işarə edilir. Bütün kainatı yoxdan var edən Rəbbimiz hər şeyin hesabını biləndir. Cin surəsində Allahın Muhsin (sonsuz da olsa hər şeyin sayını bilən) sifəti bu şəkildə xəbər verilir:
 

Hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrı-ayrılıqda hesaba alır”. (Cin surəsi, 28)