Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 63-64

Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”. Musa: “Elə istədiyimiz də bu idi!” – dedi. Sonra onlar öz ləpirlərinin izinə düşüb geri qayıtdılar. (Kəhf surəsi, 63-64)

Ayələrdə hz. Musa və köməkçisinin balığı unutduqlarını xatırladıqda, itirdikləri yeri də xatırladıqları ifadə edilir. Bu yer isə, hz. Musanın sözlərindən aydın olduğuna görə bir qayalıqdır. İki dənizin qovuşduğu yerdəki qayalıq nöqtə, hz. Musanın bəhsi keçən mübarək adam ilə görüşəcəyi yerdir. Hz. Musa balıq vəsiləsiylə, hz. Xızır olduğu təxmin edilən müqəddəs şəxs ilə görüşəcəkləri yeri tam olaraq təsbit edə bilmişdir. Bundan sonra isə balığın vəzifəsi bitmiş və balıq da dənizdə yolunu tutmuşdur.
Bu ayədə həmçinin, hz. Musanın gənc köməkçisi, balığın yerini ona unutduranın şeytan olduğunu ifadə edir. Şeytanın unutdurma təsiri digər ayələrdə bu şəkildə bəhs edilir:
 
Ayələrimizi istehza edənləri gördüyün zaman, onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Şeytan bunu sənə unutdursa, xatırladıqdan sonra zalım tayfa ilə birgə oturma. (Ənam surəsi, 68)
 
İkisindən qurtulacağını yəqin etdiyi adama dedi ki: "Ağanın yanında məni xatırla." Lakin şeytan, ona ağasının yanında yada salmağı unutdurdu və beləcə daha neçə-neçə illər (Yusif) zindanda qaldı. (Yunis surəsi, 42)

Ancaq burada əhəmiyyətli bir xatırlatma daha etmək lazımdır: Şeytanın tək başına heç bir gücü yoxdur. Şeytana, bir insanda unutma kimi mənfi bir təsir meydana gətirmə gücünü verən Allahdır. Allah, bütün gücün və qüvvətin tək sahibidir. Allahın izni olmadan heç bir varlığın öz iradəsiylə bir iş reallaşdırması mümkün deyil. Allah "... Onun, kəklindən tutub nəzarət etmədiyi elə bir canlı yoxdur ..." (Hud surəsi, 56) ayəsində bildirildiyi kimi, bütün varlıqların bütün hərəkətlərinə nəzarət edəndir. Bu səbəbdən hz. Musaya və köməkçisinə balığı unutduran da əslində şeytan deyil, şeytan da daxil olmaq üzrə kainatdakı bütün varlıqların yeganə hakimi olan Uca Allahdır. Necə ki, balığın unudulması hz. Musa və köməkçisi üçün xeyirli bir hadisə olmuş, Allahın təyin etdiyi qədər bu şəkildə xeyirlə işləmişdir.

Kəhf surəsinin 64-cü ayəsində isə hz. Musa və gənc yoldaşının, balığın qaçdığı qayalıq yerin görüşmə nöqtəsi olduğunu fərq etdikləri aydın olur. Bunu anlayınca da xatırladıqları bu məkana doğru yola düşmüşlər. Ayədə keçən "geriyə doğru getdilər" ifadəsi də daha əvvəl keçib, balığı unutduqları qayalığa doğru getdiklərini göstərir. Çünki yeni bir yerə getmir, daha əvvəl getdikləri bir yerə təkrar dönürlər.