Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 61

Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.
(Kəhf surəsi, 61)

Ayədən hz. Musa və gənc köməkçisinin yanlarında yemək üçün bir balıq gətirdikləri aydın olur. Ancaq hələ yemə vaxtları gəlmədən əvvəl, Allah bu balığı ikisinə birdən unutdurdu, balıq da onların unutduqları zaman axıntıya doğru gedib, yanlarından uzaqlaşmışdır.
Bir insanın öz iradəsi ilə bir mövzunu unutması, ya da yenə öz iradəsiylə hər hansı bir şeyi xatırlaması qətiyyən mümkün deyil. Burada da onlara balığı unutduran Allahdır. Bunu unutmaları hər ikisinin də qədərlərindədir, onlar daha dünyaya gəlmədən çox əvvəl yazılmışdır. Vəziyyət belə olduğu üçün, onlar nə qədər iradə göstərsələr, nə qədər xatırlamağa çalışsalar da Allah diləmədikcə hər hansı bir şeyi xatırlamaları qətiyyən mümkün deyil. Allah dilədiyi zaman dilədiyi qədəriylə bu hadisəni xatırlaya və yenə Allahın diləməsiylə bu hadisəni yaddaşlarında tuta bilərlər.
Ancaq bu unutqanlığın bir çox hikmətləri vardır. Allah bir xeyir və hikmət üzərinə ikisinə birdən yeməklərini unutdurmuşdur. Hz. Musanın iki dənizin qovuşduğu yerə gəlməsinin səbəbi, Kəhf surəsinin davamında haqqında məlumatlar verilən əhəmiyyətli və mübarək bir şəxslə görüşməkdir. Qədərdə müəyyən edilmiş bu yerə çatmaq üçün hz. Musa və gənc köməkçisi uzun zaman keçirmişlər. Ancaq bu görüşün tam yerinə çata bilmək üçün daha çox təfərrüata ehtiyacları vardır. Çünki iki dənizin birləşdiyi yer olaraq ifadə edilən məkan geniş bir sahəni ifadə edir. Belə geniş bir sahənin hansı nöqtəsində görüşəcəklərini bilmədən, axtardıqları adamı tapmaları çox çətin ola bilər.
Məhz bu mərhələdə balığın qaçmasının bir hikməti ortaya çıxır. Bu qaçış açıq şəkildə bir işarədir. Çünki balıq, axtardığı mübarək şəxs ilə hz. Musanın görüşəcəkləri yerin təfərrüatının təsbitində bir vəzifə boynuna götürmüşdür. Musa peyğəmbər və köməkçisinin unutması nəticəsində balığın qaçdığı yer, onların görüşmə nöqtəsini müəyyən edir. Allah bu görüşmənin təyinat nöqtəsinin, balığın qaçışını vəsilə edərək gerçəkləşdirir.

Bu ayə ilə ümumi olaraq görüşmə yerinin müəyyən edilməsində təyinat nöqtəsinin əhəmiyyətinə də işarə edilmişdir. Kəhf hekayəsində bildirilən bu hadisədə görüşmə yeri, yaxşı yadda qalacaq əhəmiyyətli bir əlamətlə təyin olunmuşdur. Ümumi görüşlərdə də belə qəti bir nöqtə təyini edilməsi vacibdir. Bu, həm əksiklikləri aradan qaldıracaq, həm vaxt itkisinin qarşısını alacaq, həm də görüşəcək kəslərə bir asanlıq təmin edəcək.