Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 74

Yenə yola düzəldilər. Nəhayət, bir oğlan uşağı ilə rastlaşdıqda Xızır onu öldürdü. Musa dedi: “Heç kəsi öldürməyən günahsız bir canamı qəsd etdin? Doğrusu, çox pis bir iş tutdun”. (Kəhf surəsi, 74)

Hz. Musa hər nə qədər söz versə də, sual soruşmamaq mövzusunda qərar alıb, iradə göstərmək istəsə də taleyinin xaricinə çıxa bilmir və bu sualları soruşmağın qarşısını ala bilmir. Üstəlik, hz. Xızırın Allahın əmri ilə hərəkət edən, elm sahibi bir adam olduğunu bildiyi, ona tabe olduğunu söylədiyi halda, hz. Xızırın etdikləri qarşısında bir reaksiya göstərir. Bu səbəbdən, burada təkrar bir peyğəmbər zəlləsi meydana gəlmişdir.
Ancaq heç unutmamaq lazımdır ki, hər insana canını verən və verdiyi canı alacaq olan yalnız Allahdır. Allah diləmədikcə bir insanın digərini öldürməsi mümkün deyil. Allah Ənfal surəsində bu vəziyyəti bu şəkildə bildirir:
 
Onları siz öldürmədiniz, Allah öldürdü; atdığın zaman sən atmadın, Allah atdı. Möminləri yaxşı bir sınaqdan  keçirmək üçün (etdi.) Şübhəsiz ki, Allah Eşidəndir, Biləndir. (Ənfal surəsi, 17)

Hz. Xızır da Allahın əmri və istəyi ilə hərəkət edən, saleh bir quldur. Etdiyi hər hərəkət, söylədiyi hər söz ancaq Allahın əmri ilə həyata keçir. Üstəlik, bu ölümün bir cana qarşılıq olub-olmadığını Allah diləmədikcə heç kimin bilməsi mümkün deyil. Eyni şəkildə öldürülən uşağın "tərtəmiz bir can" olub-olmadığını da Allah bildirmədikcə, heç kim bilə bilməz. Ancaq burada hz. Musa, bütün bu sözləri Allahın diləməsiylə və Allah qədərində yazdığı üçün söyləyir.