Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 88

İman gətirib yaxşı iş görən kimsəyə isə ən gözəl mükafat veriləcəkdir. Biz ona əmrimizdən asan olanı buyuracağıq”. (Kəhf surəsi, 88)

Bu ayədən hz. Zülqərneynin yalnız bir dövlət adamı və hakim deyil, eyni zamanda təbliğ edən bir müsəlman, mürşid olduğu da aydın olur. Hakimiyyəti altındakı insanları öyrətdiyi, onlara Allahın razılığına uyğun tərzdə hökm etdiyi açıq şəkildə aydın olur.
Hz. Zülqərneyn, qarşılaşdığı birliyi dərhal Allaha imana, səmimiyyətə, Quranda bildirilən saleh əməlləri, ibadətləri yerinə yetirməyə dəvət edir. Bu kəsləri təşviq etmək üçün dünya və axirət həyatındakı qarşılığa diqqət çəkərək, beləcə onları hidayətə çağırır. Bu, bütün elçilərin göndərildikləri qövmlərə etdikləri bir dəvətdir. Peyğəmbərlər dayanmadan insanları Allahın yoluna çağırmışlar, müxtəlif metodlar istifadə edərək insanların vicdanlarını hərəkətə keçirmək üçün çalışmışlar.
Ayələrdə diqqət çəkilən bir başqa mövzu isə, insanlardan nə reaksiya gəlirsə gəlsin qərarlı davranmaq, Allahın "yaxşılığı əmr edib pislikdən çəkindirmə" əmrini mütləq surətdə yerinə yetirməkdir. Bu, peyğəmbərlər kimi saleh möminlərin də üzərinə düşən əhəmiyyətli bir məsuliyyətdir. Bir ayədə belə buyurulur:
 
Sizdən; xeyirə çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır. (Ali İmran surəsi, 104)

Kəhf surəsindəki bu ayədə diqqət çəkilən bir başqa əhəmiyyətli mövzu isə, müsəlmanlara asanlıq yolunun göstərilməsinin və çətinlik çıxarılmamasının əhəmiyyətidir. Yaxşı insanlara gördükləri işlərdə, aldıqları qərarlarda və gündəlik həyatları içində asanlıq, rahatlıq və hüzur təmin edilməlidir. Necə ki, ayədə "Allah sizə asanlıq diləyər, çətinlik diləməz" (Bəqərə surəsi, 185) şəklində Rəbbimiz bildirir və iman edənlərə əhəmiyyətli bir xatırlatma  edir. Allah bir başqa ayəsində "Biz Quranı zikr (öyüd-nəsihət qəbul etmək) üçün asanlaşdırdıq. Amma heç bir öyüd alıb düşünən varmı?" (Qəmər surəsi, 17) şəklində buyurur. Bu səbəbdən möminlər, hər zaman asanlıq yolunu seçməyin Quran əxlaqının bir gərəyi olduğunu bilməlidirlər. Həmçinin Allahın "Və səni asan olan üçün müvəffəqiyyətli edəcəyik" (Əla surəsi, 8) şəklindəki müjdəsini ağıllarından çıxarılmamalıdır. Allah Həcc surəsində bu şəkildə bildirir:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır! (Həcc surəsi, 78)