Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 56

Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf surəsi, 56)

İnsanların həyatlarına kök salmış olan batil sistemləri ortadan qaldırmaq və Allahın haqq dinini yaymaq məqsədiylə hər cəmiyyətə elçilər göndərilmişdir. Elçilər Allaha şirk qoşan və inkarı həyat tərzi halına gətirən insanları hər cür yollarla Allaha iman etməyə və İslam əxlaqına əməl etməyə dəvət etmişlər. Ancaq tarix boyunca batil dinlər cəmiyyətlərə çox köklü şəkildə yerləşmişdir. Qövmlər içində haqq dini mənimsəməyən və batil dini çox şiddətli şəkildə müdafiə edən insanlar olmuşdur. Necə ki, Allahın elçiləri haqqı keçərli qılmaq istəmişlərsə, inkarçılar da batili yəni dinsizliyi, əxlaqsızlığı, zülmü keçərli etməyə çalışmışlar. Bu insanlar, Allahın elçilərinin insanlar üzərində meydana gətirdikləri müsbət təsiri ortadan qaldırmaq və insanların din əxlaqına tabe olmalarını əngəlləmək üçün səy göstərmişlər.
İnkarçı birliklər haqqı etibardan salmaq üçün müxtəlif yollar sınamışlar. Xalqlarının elçilərə rəğbət göstərmələrini əngəlləmək üçün böhtanlar atmış, peyğəmbərlərə tələlər qurmuşlar. Elçiyə olduğu kimi, elçinin gətirdiyi haqq kitaba da qarşı çıxmış, insanların Allahın kitabını oxumalarını əngəlləməyə çalışmışlar. Bunun üçün lazım olduqda şiddətdən istifadə etməyə də çəkinməmişlər. Məsələn, Nuh qövmünün, hz. Nuhun təbliğini əngəlləmək üçün etdiyi mübarizə bir ayədə bu şəkildə təsvir edilir:
 
Onlardan əvvəl Nuhun xalqı və sonrakı əlbir dəstələr də elçiləri yalançı saydılar. Hər ümmət öz elçilərini yaxalamağa qəsd edirdi. Onlar həqiqətin yalan olduğunu sübuta yetirmək üçün batil sözlərlə mübahisə aparırdılar. Mən də onları yaxaladım. Bir görəydin Mənim cəzam necə oldu!  (Mömin surəsi, 5)

Allahın yuxarıdakı ayəsində bildirdiyi kimi, inkarçıların etdiyi mübarizə batil bir mübarizədir və sonu mütləq məğlubiyyətdir. Allah, onları heç bir zaman müvəffəqiyyətə çatdırmamışdır və bundan sonra da çatdırmayacaqdır. Rəbbimiz, insanları haqq dindən uzaqlaşdırmağa çalışanlara, qədərdə təsbit etdiyi ən xeyirli vaxtda şiddətli bir əzabla cəzalandıracaqdır. Batilin arxasından gedib, haqqı inkar edənlərin dünya həyatındakı sonları böyük bir itki ikən, axirətdəki sonları isə çox daha böyük bir hüsran olacaq. Quranda Allah belə buyurur:
 
Göylərin və yerin hökmü Allahın əlindədir. O Saatın gələcəyi gün, (məhz) o gün, batildə olanlar ziyana uğrayacaqlar. (Casiyə surəsi, 27)

Kəhf surəsinin 56-cı ayəsində diqqət çəkilən bir başqa mövzu isə, inkar edənlərin Allahın ayələriylə və yaxınlaşmaqda olan cəhənnəm əzabıyla lağ etmələridir.
Bu kəslərin Allahın ayələrini inkar etmələrinin ən əhəmiyyətli səbəblərindən biri isə təkəbbür içində olmalarıdır. Tək istədikləri Allahın adının heç xatırlanmaması, kimsənin İslam əxlaqına etibar etməməsidir. Çünki ancaq belə bir mühitdə öz çirkin əxlaqlarını davam etdirə biləcək, ancaq özləri kimi insanların çox olduğu bir mühitdə rahat ola biləcəklər. Yaradılış dəlillərini inkar edərək və ya açıq şəkildə Allahın gücünü görməzlikdən gələrək rahatlaşacaqlarını zənn edərlər. Bu, elə böyük bir ağılsızlıqdır ki, çox açıq olan dəlillər də bu insanların iman etmələrinə yetərli olmaz. Onlar Allahı və dini inkar edərək, özlərinə üstünlük əldə edəcəklərini, ətraflarındakı insanların gözündə böyüyəcəklərini düşünürlər. Halbuki ətraflarındakı insanlar da Allahın yaratdığı və Ona qarşı möhtac olan, aciz varlıqlardır.
Üstəlik bu cür təkəbbürlənmələrinə səbəb olan şeylər yenə Allahın özlərinə verdiyi xüsusiyyətlərdir. İnsana zəkanı, fiziki gücü, maddi imkanları, gözəlliyi verən Allahdır. İnsanlar sahib olduqları hər şeyi Allaha borcludurlar. Lakin ağıllarını və vicdanlarını istifadə etməyənlər Rəbbimizə şükür etmək yerinə istehzanı seçərlər.
Quranda bu kəslərin Allahın ayələrini eşitdiklərində dərhal istehza etdiklərindən bəhs edilir. Məsələn, Tövbə surəsində "Bir surə nazil olduqda bəzisi:" Bu, hansınızın imanını artırdı? "Deyər. Ancaq iman gətirənlərə gəldikdə isə, onların imanını artırmışdır və onlar müjdələnirlər ." (Tövbə surəsi, 124) şəklində bildirilir. Ancaq onların məsxərəçi rəftarları möminlərin əhvallarını pozub, şövqlərini qırmaz. Tam əksinə şövqlərini artırar, imanlarına güc qatar. İnkarçıların bu anlayışsızlığı və ayələrə olan səhv yanaşmaları bir başqa Quran ayəsində belə xəbər verilir:
 
Həqiqətən, Allah ağcaqanadı və (istər böyüklükdə, istərsə də kiçiklikdə) ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə demək istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)

Yuxarıdakı ayədə diqqət çəkildiyi kimi, Allahın bir ayəsində "ağcaqanad"dan bəhs edilməsinin hikmətini inkarçılar başa düşməmişlər. Ağılsızlıqları səbəbiylə "Allah bu misalla nə demək istəyir?" deyərək, özlərinə görə lağ etmişlər. Ancaq bu gün elm, bəzi ağılsız insanların "ağcaqanad" deyərək kiçik hesab etdikləri canlıların əslində bir çox möcüzəvi xüsusiyyətlərə sahib olduqlarını ortaya çıxarmışdır. (Ətraflı məlumat üçün baxın. Ağcaqanad möcüzəsi, Harun Yəhya) Allah bu canlıdakı fövqəladə xüsusiyyətlərə bundan 1400 il əvvəl də diqqət çəkmişdir və o dövrün inkarçıları bu məlumatlardan məhrum olduqları üçün məsxərəyə qoyduqlarına görə alçaldıcı vəziyyətə düşmüşlər.
Müsəlmanların ibadətlərində göstərdikləri dəqiqliklə lağ etmək inkarçılar arasında çox yayılmışdır. Allah bir ayəsində inkarçıların göstərdikləri bu ağılsız davranışı belə xəbər vermişdir:
 
Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə surəsi, 58)

Allah Quranda oruc, 5 vaxt namaz, təsəttür kimi ibadətləri insanlara fərz etmişdir və möminlər də bunları böyük bir dəqiqliklə yerinə yetirirlər. Peyğəmbərimiz (s.ə.v) də hədis-i şəriflərində ibadətlərin əhəmiyyətinə və dəqiqlik göstərilməli olduğuna diqqət çəkmişdir. Məsələn, 5 vaxt namazın vacibliyi ilə əlaqədar olaraq Əbu Hureyrə (r.ə)-dən rəvayət edilən bir qüdsi hədisində Rəsulullah belə buyurur:
 
"Beş vaxt namaz, gələcək həftəyə qədər cümə, gələcək ilə qədər ramazan, böyük günahlardan çəkinilirsə, aralarındakı günahlar üçün kəffarədir." (Müslim) (Riyazü’s Salihin, İmamı Nevevi, tərcümə edən: Mehmet Emre, Bedir yayınevi, sf. 698)

Allah, dini inkar etmə yanılmasına düşən insanların məsxərəçi rəftarları haqqında daha bir çox ayə nazil etmişdir. Və möminlərə də bu tərz danışıqlarla qarşılaşdıqlarında necə bir əxlaq sərgiləməli olduğunu da belə nəsihət etmişdir:
 
Ayələrimizi istehza edənləri gördüyün zaman: onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir ... (Ənam surəsi, 68)

Allahın dinini və elçilərini inkar edənlərin, onları lağ mövzusu halına gətirənlərin axirət günündəki sonu isə bir ayədə bu şəkildə bildirilir:

Küfr etdiklərinə, ayələrimi və elçilərimi lağ mövzusu etdiklərinə görə onların cəzası cəhənnəmdir. (Kəhf surəsi, 106)