Surə 19
Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!
(Kəhf surəsi, 19)
Ayədə ilk olaraq müsəlmanların qarşılaşdıqları hadisələrdə bir qərara gəlmədən öz aralarında müşavirə etmələrinin əhəmiyyətinə diqqət çəkilir. Diqqət çəkilən bir başqa mövzu isə dirildənin də, öldürənin də Allah olduğu, Allah diləmədiyi müddətcə heç bir insanın buna müvəffəq ola bilməyəcəyidir.
Bununla yanaşı, ayədə Kəhf Əhlinin mağarada nə qədər müddət qaldıqlarıyla əlaqədar aralarında bir söhbət keçdiyi də əks olunur, sonra isə bir nəfərin "Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir" dediyi bildirilir. Burada əhəmiyyətli olan xüsus, aydın olmayan və ya nəticəsi tapılmayan hər hansı bir mövzu olduğunda, möminlərin dərhal "Allah bilir" deyib, xeyir və hikməti Allaha buraxmalarıdır. Çünki qeybi yalnız Allah bilir. O səbəblə də, insanların bilmədikləri bir mövzu üzərində mübahisələri, cavabını araşdırıb tapmağa çalışarkən bunun sıxıntısını yaşamaları təvəkküllü bir rəftar olmaz. Əhəmiyyətli olan o anda göstərilən təslimiyyət və dərhal qədərin xatırladılmasıdır.
Kəhf surəsinin 19-cu ayəsində möminlərə daha bəzi işarələr vardır. Bunlardan birincisi möminlərin alış-verişə göndərdikləri insandan hər hansı bir yemək deyil, təmiz yemək istəmələridir. İman edənlərin təmizlik mövzusundakı həssaslığı bir çox Quran ayəsində bildirilir. Məsələn, Allah elçilərinin "... təmiz şeyləri halal, murdar şeyləri haram ..." (Əraf surəsi, 157) qıldığını xəbər verir. Bununla yanaşı, iman edənlərə "Libasını təmizlə" (Muddəssir surəsi, 4) şəklində buyurulur. Qurandakı təmiz ruzi və təmizliklə əlaqədar ayələrdən bəziləri bu şəkildədir:
Elə isə Allahın sizə verdiyi halal (və) pak ruzilərdən yeyin; əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin. (Nəhl surəsi, 114)
Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və bunda həddi aşmayın, yoxsa sizə qəzəbim tutar. Qəzəbimə gəlmiş kimsə isə bədbəxt olar. (Taha surəsi, 81)
Kəhf surəsinin bu ayəsində diqqət çəkilən digər bir xüsus da möminlərin yemək almaq üçün şəhəri seçmələridir. Bunun səbəbi şəhərdə çox daha geniş imkan və seçim alternativi olması ola bilər. Quranda şəhərlərin əhəmiyyəti ilə əlaqədar başqa ayələr də vardır. Məsələn, Allah, Ənam surəsində təbliğin şəhərlərdən başlamasına diqqət çəkmişdir:
Məhz bu (Quran), özündən əvvəlkiləri təsdiq edən və şəhərlər anası (Məkkə) ilə ətrafındakıları qorxutmaq üçün nazil etdiyimiz mübarək bir Kitabdır. Axirətə iman gətirənlər buna inanırlar. Onlar namazlarını (diqqətlə) qoruyanlardır. (Ənam surəsi, 92)
Ayədə möminlərə bir başqa xatırlatma daha var. Bu da möminlərin hər zaman nəzakətli və hörmətli olmalarıdır. Bu, Allahın Quranda bildirdiyi gözəl əxlaqın gərəyidir.
Kəhf hekayəsində həmçinin müsəlmanların Axırzamanda daha çox evlərində olacaqlarına işarə edilə bilər. Bunun səbəbi də, kommunizm, faşizm kimi din xarici ideologiyaların hakim olduğu bu böyük fitnə dövründə, çölə çıxıb hədəf halına gəlməmək, diqqət çəkməmək ola bilər. Ayədə eyni zamanda möminlərin lazım olduğu hallarda, uzun zaman evlərində qalaraq özlərini elm və bilik cəhətdən inkişaf etdirəcəklərinə diqqət çəkilə bilər. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in də Axırzaman mövzusunda ondan tövsiyə istəyənlərə, "... evlərinizin igidi olun, oradan ayrılmayın!" və "evindən çölə çıxma!" şəklində tövsiyələr olduğu bildirilir.