Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 28

Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar. Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə itaət etmə! (Kəhf surəsi, 28)

Bu ayədə yalnız Allahın razılığını hədəfləyərək, səhər axşam daima Allaha dua etmənin əhəmiyyətinə diqqət çəkilir. Dua insan üçün çox böyük bir nemət və Allaha yaxınlaşmaq üçün bir yoldur. İnsan, günün hər anında, hər mühitdə Allaha dua edə bilər. Allah "Sizin duanız olmasaydı Rəbbim sizə dəyər verərdimi? ... " (Furqan surəsi, 77) ayəsiylə duanın əhəmiyyətini bildirir. Bir başqa ayədə Allah insanlara bu şəkildə səslənir:

Qullarım Məni sənə soruşacaq olsa, şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua etdiyi zaman dua edənin duasına cavab verərəm. Elə isə, onlar da Mənim çağırışıma cavab versinlər və Mənə iman etsinlər. Ola bilsin ki, irşad (doğru yolu tapmış) olarlar. (Bəqərə surəsi, 186)

Ayənin davamında Allah insanlara dünya həyatının keçici metalarından təsirlənməməli olduğunu təkrar xatırladır. Çünki bu dünya həyatı -daha əvvəl də ifadə etdiyimiz kimi- insanlar üçün bir sınaqdır. Kəhf surəsində dünya həyatındakı evlərin, avtomobillərin, gəmilərin, villaların, qızılların, gümüşlərin, dəbdəbəli paltarların və daha minlərlə bəzəyin yaradılış məqsədini Allah bu şəkildə bildirir:
 
Şübhəsiz ki, Biz yer üzündə olanları ona bir bəzək etdik; onların hansının daha gözəl əməl sahibi olduğunu yoxlayıb ayırd edək. (Kəhf surəsi, 7)

İnsan dünyada yalnız bir neçə 10 il qalacaq və sonra bir anda özünü hesaba çəkilərkən tapacaq. Çünki dünya həyatı çox sürətli keçir. Allah "Şübhəsiz ki, bunlar tez keçib gedəni (fani dünyanı) sevirlər. Önlərində olan ağır bir günü buraxırlar" (İnsan surəsi, 27) ayəsiylə insanlara bu həqiqəti xatırladır. İnsanların gözardı etdikləri axirət həyatı isə sonsuza qədər davam edəcək və insanın, ondan qaça bilməyəcəyi bir həqiqətdir. O səbəblə insanın bu müvəqqəti dünya bəzəklərinə aldanıb, sonsuz axirət həyatını unutması çox böyük bir səhvdir. Allah ayələrində bu şəkildə bildirir:
 
Dünya həyatı yalnız bir oyun və əyləncədən başqa bir şey deyil. Qorxub-çəkinməkdə olanlar üçün axirət yurdu daha xeyirlidir. Yenə də dərk etmirsiniz? (Ənam surəsi, 32)
 
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o çör-çöpə dönür. Kimisini axirətdə şiddətli əzab, kimisini də Allahdan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)

Ayədə həmçinin iman edənlərin bir yerdə olmalarının əhəmiyyətinə də diqqət çəkilir. Allahı xatırlamaq, Ona dua etmək, hər şeyi yalnız Onun rizası üçün etmək saleh möminlərin davranışıdır. Saleh möminlərlə bir yerdə olmanın, Allahı hər an anan insanlarla birlikdə olmanın əhəmiyyəti açıqdır. Möminlərin vaxtlarını birlikdə keçirmələrinin hər baxımdan faydası vardır. Onlar aralarında davamlı Allahı zikr etdikləri, bir-birlərinə Quran ayələrini xatırlatdıqları üçün, birlikdəykən qəflətə düşmə, ya da ibadətlərində axsama ehtimalları minimuma enər. Birlikdə Allahı təsbih edər, insanlara yaxşılığı tövsiyə edər və onları pislikdən çəkindirər və məlumat və mədəniyyət cəhətdən bir-birlərini inkişaf etdirərlər. Hüzurlu, şən, təmiz, etibarlı və rahat bir mühit içində yaşayarlar. Bir-birlərini qoruyar və qayğısına qalarlar. Ayədə möminlərin bir-birlərinə düşkünlükləri bu şəkildə təsvir edilir:
 
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. (Tövbə surəsi, 71)

Allahı inkar edənlərlə birlikdə olmanın isə bir çox mənfi istiqaməti vardır. İnkar edənlər həmişə Allaha iman edənlərin müqəddəs dəyərlərinə qarşı hücum və böhtan içindədirlər. İçlərindəki düşmənliyi hər zaman dilə gətirər, iman edənlərlə lağ edərlər. Allah, iman edənlərin bu kimi mühitlərdə olmasını belə qadağan etmişdir:
 
Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, günahkarlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız. Şübhəsiz ki, Allah bütün münafiqləri və kafirləri Cəhənnəmə toplayacaqdır. (Nisa surəsi, 140)

İnkar edənlərlə birlikdə olmanın bir başqa mənfi istiqaməti isə, Allaha yaxınlığı çox güclü olmayan bir insanın, Allahın zikrindən uzaq, nəfsinin arxasından qaçan bu insanlardan mənfi mənada təsirlənməsi ehtimalıdır. İmanda dərinləşmiş, saleh müsəlmanların inkarçılardan təsirlənməsi Allahın izni ilə mümkün deyil. Ancaq dini yeni tanıyan, Quran əxlaqını tam olaraq yaşamayan bir insan inkar edənlərə uya bilər, onların bəzəkli sözlərindən, aldadıcı söhbətlərindən təsirlənib, arxalarınca gedə bilər. Bu da onu, dünyada və axirətdə zərərə uğrada bilər.