Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 14

Onlar kafir hökmdarın qarşısında durub: “Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa məbuda ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir küfr danışmış olarıq!” – deyərkən onların qəlbinə qüvvət verdik. (Kəhf surəsi, 14)

Bu ayədə səbrin, qətiyyətin və iradə sahibi olmanın iman edənlər üçün əhəmiyyətinə diqqət çəkilir. Bunlar, ancaq təvəkkül sahibi bir insanın sahib olacağı xüsusiyyətlərdir. Ayədə bəhs edilən "qüvvət vermək" ifadəsi isə hər şeyi qədərdə Allahın etdiyinə bir işarədir. İman edənlərə çətinliklər və sıxıntılar qarşısında səbir gücünü də, qətiyyəti də verən Allahdır.
İnsanın Allahın yazdığı qədər xaricində bir iş görməsi, bir söz söyləməsi mümkün deyil. Bu səbəbdən qədərdə hər şeyi Allahın etdiyini, özünün də heç bir şey etməyə gücünün çatmadığını bilən bir insan təbii olaraq səbirli olar. Allahın hər şeyi saleh qulları üçün ən xeyirli və ən gözəl şəkildə yaratdığını bilmənin verdiyi rahatlığı və dincliyi yaşayar. Allah bu gözəl əxlaqı göstərib səbir edən qullarını, gözəl bir əcr və qurtuluşla müjdələyir. Bu mövzuyla əlaqədar ayələr belədir:
 
Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)  
 
Allaha və Rəsuluna itaət edin və bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşərsiniz. Səbir edin. Şübhəsiz ki, Allah səbir edənlərlədir. (Ənfal surəsi, 46)
 
... Əgər içinizdə iyirmi səbirli (insan) olsa, iki yüz (insanı) məğlub edə bilərlər. Və əgər aranızda yüz (səbirli insan) olsa, kafirlərdən minini məğlub edərlər. Çünki onlar (haqqı) anlamayan bir tayfadır. (Ənfal surəsi, 65)

Qətiyyət və iradə də imanla, hidayətlə və təvəkküllə birlikdə gələn mömin xüsusiyyətləridir. Çünki Allaha təvəkkül etmiş və qədərə iman etmiş bir insan, heç bir çətinlik və sıxıntı qarşısında acizlik göstərməz, mübarizə əzmini itirməz. Hər şeyi edənin Allah olduğunu bildiyi üçün şövq və həyəcan içində qarşısına çıxan hər əcr fürsətini dəyərləndirər və xeyir işlərdə yarışarlar.
Ayədə həmçinin Kəhf Əhlinin gizləndikləri dövr sona çatdığında, kralın qarşısına çıxdıqları ifadə edilir. Bu dövr, Allahdan başqa güclərin ilah halına gətirildiyi, inkarın insanlar arasında yayıldığı və din əxlaqından uzaqlaşıldığı bir dövrdür. Müsəlmanların inancları təzyiq altına alınmışdır. Buna baxmayaraq, Kəhf Əhli krala heç bir şərtdə "Allaha Bir olaraq iman etməkdən" imtina etməyəcəklərini, Allahdan başqa heç bir şeyə sitayiş etməyəcəklərini söyləmişlər. Əgər üsulu ilə də olsa tərsini söyləyəcək olsalar, bununla Allaha qarşı cinayət işləmiş olacaqlarını səmimi fikirləri olaraq ifadə etmişlər.
Dövrün təzyiqçi, zalım və avtoritar kralı qarşısında göstərdikləri bu cəsur və qərarlı mövqe, onların səmimi müsəlmanlar olduqlarının da bir dəlilidir. Hər şeyi qədərdə ən gözəl şəkildə Allah yaradar və Allah diləmədikcə heç bir güc onlara bir zərər verə bilməz. Bu həqiqəti bildikləri üçün çox gözəl bir təvəkkül və qətiyyət nümunəsi göstərmişlər.

Axırzaman da, insanların Uca Allahdan başqa tanrılar qəbul etdikləri, inkarı yaydıqları bir dövrdür. Bu ayədən aydın olduğu kimi, Axırzamandakı səmimi müsəlmanların da, dövrün təzyiqçi və totalitar rejimləri qarşısında imanlarını eyni qətiyyət və cəsarətlə qorumaları lazımdır.