Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 38

Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram! (Kəhf surəsi, 38)

Kəhf surəsi boyunca insanların çox böyük bir hissəsinin Allaha şirk qoşduqlarına tez-tez diqqət çəkilir. Quranda şirk, hər hansı bir şeyi, bir kimsəni və ya bir anlayışı, seçim etmə ya da qiymət vermə baxımından Allahla bərabər və ya daha üstün bir səviyyədə görmək və bu səhv baxış bucağı ilə hərəkət etmək mənasında istifadə edilər. Quranda bu mövqe, "Allahdan başqa ilah etmək" olaraq adlandırılar. İnsanın, Allahın rizasına zidd olacaq şəkildə özünə həyat məqsədi olaraq təyin etdiyi, ondan mədət umduğu, razılığını axtardığı hər varlıq, Allahın razılığına dəyişdiyi hər şey Allahdan başqa etdiyi bir ilahdır əslində.
Şirk, insanın çəkinməli olduğu günahların ən əvvəlində gəlir. Çünki bunun, Allaha qarşı ən böyük günah olduğu bildirilmişdir. Məhz buna görə Allah dilədiyi günahı bağışlayacağını, ancaq şirki əsla bağışlamayacağını bildirmişdir (Nisa surəsi, 116). Allahın bağışlamayacağını bildirdiyi, azğınlıq olaraq xarakterizə etdiyi bir günah, əlbəttə ki, müsəlmanların ən çox çəkinməli olduğu vəziyyətdir. Üstəlik Quranın bir çox yerində Allah möminləri şirkə qarşı xəbərdar etmiş, onları bu ən böyük pislikdən şiddətlə çəkindirmişdir. Hz. Loğmanın oğluna verdiyi, " Ey oğlum, Allaha şirk qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman Surəsi, 13) şəklindəki öyüd də bunlardan biridir. Şirkin bu dərəcə əhəmiyyətli bir mövzu olmasının bir digər səbəbi isə insanın əməllərinin hədər getməsinə və məhv olmasına səbəb olmasıdır. Bu həqiqət də Quranda belə bildirilir:
 
And olsun ki, sənə və səndən əvvəlkilərə belə vəhy olundu: Əgər şirk qoşsan, əməlin boşa çıxacaq və əlbəttə sən, ziyana uğrayanlardan olacaqsan. (Zumər surəsi, 65)

Ayələrdə də açıq şəkildə görüldüyü kimi, Allaha şərik qoşmağın düzəlişi mümkün olmayan, insanı cəhənnəmə qədər sürükləyən bir günahdır. Bu səbəblə Allahdan qorxan bir insanın bu təhlükəyə qarşı çox diqqətli olması lazımdır.