Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 54

Biz bu Quranda insanlar üçün hər cür məsəli ətraflı izah etdik. İnsan isə ən çox mübahisə edəndir. (Kəhf surəsi, 54)

İnsanlar üçün hidayət rəhbəri olan Quran, haqla batili bir-birindən ayırır. Allah Qatından, iman edənlər üçün bir rəhmət olaraq göndərilmişdir. Açıq və aydındır. İnsanlar üçün öyüd-nəsihət və xəbərdarlıqdır.
Yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi Quranda, insanların həyatları boyunca ehtiyac duya biləcəkləri bir çox mövzu haqqında şərhlər və nümunələr var. İnsanın necə bir əxlaqa sahib olmalı olduğundan gündəlik həyat tərzinə, insanlarla əlaqələrindən ticarət həyatına, yerdəki və göydəki bənzərsiz yaradılış dəlillərindən gələcəyə dair işarələrə qədər müxtəlif məlumatlar mövcuddur. Allahın "... Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq ..." (Ənam surəsi, 38) ayəsiylə də bildirdiyi kimi din əxlaqını yaşamaq istəyənlər üçün Quranda hər şey ətraflı olaraq açıqlanmışdır. Quranın bu xüsusiyyəti ayələrdə bu şəkildə bildirilir:

De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma. Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, Eşidəndir, Görəndir.  (Ənam surəsi, 114-115)  
... Biz Kitabı sənə hər şeyin izahı, müsəlmanlara da bir hidayət, bir rəhmət və bir müjdə olaraq nazil etdik. (Nəhl surəsi, 89)

Quranın bu qədər açıqlayıcı bir kitab olaraq endirilməsinin hikmətlərindən biri də, insanların ayələrdən ibrət almaları və öz nəfslərinə dair bütün nöqsanların həllərini Qurandan tapmalarıdır. Bir qəzəb anında nə ediləcəyi, çətin bir vəziyyətdə necə səbir göstəriləcəyi, insanı gözəl əxlaqdan uzaqlaşdıran həsəd, lağ kimi xüsusiyyətlərdən necə çəkinilməli olduğu ayələrdə bildirilir. Bununla bərabər inkar edənlərin, müşriklərin, münafiqlərin əxlaqları haqqında da məlumatlar verilir, iman edənlərin bunlardan ibrət almaları tövsiyə edilir. Bu səbəbdən ayələr üzərində diqqətlə düşünən bir insan, Qurandan həm öz nəfsinə qarşı, həm də ətrafında baş verənlərə istiqamətli çox dərs çıxara bilər. Allah Taha surəsində bu şəkildə buyurur:
 
Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar. (Taha surəsi, 113)

Kəhf surəsinin 54-cü ayəsində ayrıca insanın mübahisəçi quruluşuna da diqqət çəkilir. Kitabın əvvəlki hissələrində də vurğuladığımız kimi insanların böyük bir hissəsi təkəbbürləri səbəbindən, öz fikirlərinin daha doğru olduğunu düşünmələri və qarşılarındakı insanların fikirlərinə dəyər vermədikləri səbəbi ilə mübahisəyə girər və söz ilə üstün gəlməyə çalışırlar. Öz fikirlərini qarşı tərəfə qəbul etdirmək üçün hər yolu sınayar, əsəbiləşər, bağırar hətta bəzən təcavüzkar bir mövqe göstərərlər.
Möminlərin belə mübahisəçi rəftara verdikləri cavab isə yalnız Quran ilə hökm etmək və sözün ən gözəlini söyləməkdir. Bunun insanları doğru yola çağırmada təsirli ola biləcək tək yol olduğunu bilir və Allahın köməyi ilə hər zaman üstün gəlirlər. Ayədə bu gözəl əxlaqın təsiri bu şəkildə təsvir edilir:

Yaxşılıqla pislik eyni ola bilməz. Sən, ən gözəl olan bir tərzdə (pisliyi) uzaqlaşdır; o zaman, (görərsən ki) səninlə onun arasında düşmənçilik olan şəxsi, sanki yaxın bir dosta çevrildiyini görərsən. (Fussilət surəsi, 34)