Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 39

Bağına girdiyin zaman: “Maşallah (Allahın istədiyidir)! Qüvvət yalnız Allaha məxsusdur!” – deməli deyildinmi? Əgər var-dövlətcə və övladca məni özündən kasıb sayırsansa, (Kəhf surəsi, 39)

Bu ayədə "maşaAllah" sözünün əhəmiyyətinə diqqət çəkilir. MaşaAllah "Allahın diləməsiylə" mənasında istifadə edilən bir ifadədir. Möminlər Allahın yaratmasındakı üstün sənəti və qüdrəti ifadə etmək istədiklərində "maşaAllah" deyər və Allahı təsbih edərlər.
Bu sözü ürəkdən hiss edərək istifadə etmək, ətrafdakı şəxslərə də hər şeyin sahibinin Allah olduğunu, hər hadisənin qədərdə və Allah dilərsə reallaşdığını xatırladır. Hər şeyi edənin Allah olduğunu tez-tez xatırlatmaq isə, heç şübhəsiz ki, insanlara çox böyük fayda verir. Çünki insan öz acizliyini unutmağa və qəflətə düşməyə meyilli bir varlıqdır.
Məsələn, burada bəhs etdiyimiz inkara yönəlmiş olan bağ sahibi, bütün malın və mülkün özünə aid olduğunu ifadə edərkən əslində Allaha şirk qoşur. Bunu açıq şəkildə ifadə etməsə də buradakı ifadələrindən və rəftarından, "gizli şirk" içində ola biləcəyi aydın olur. Bu səbəblə, yoldaşı onu hər cür şirkə qarşı xəbərdar edir və hər şeyin Allaha aid olduğunu ona dəfələrlə xatırladır.
Xüsusilə yaşadığımız dövrdə, insanların belə bir təhlükəyə qarşı daim ayıq olmaları lazımdır. Çünki bu kimi mövzularla insanlar həyatlarında çox tez-tez rastlaşırlar. Məsələn, "Qani" yəni "Zəngin" termini Allahın bir xüsusiyyətidir. Ancaq eyni təsvirlər insanlar üçün də istifadə edilir. Hərçənd bu xüsusiyyəti istifadə etmənin, bu insanın maliyyə vəziyyətini təsvir etmək baxımından heç bir qorxusu yoxdur. Ancaq, şirkə yol açan vəziyyət, insanın bu zənginliyin səbəbi olaraq özünü, öz zəkasını, səyini görməsidir.
Vəziyyət belə olduqda -bağ sahibində olduğu kimi- zənginliyin həqiqi sahibinin Allah olduğu unudular. Bu adam sahib olduğu hər şeyi özünə Rəbbimizin verdiyini, Allahın Qani qismində onu zənginləşdirdiyini, verdiyi hər şeyi istəsə bir anda ala biləcəyini gözardı etmiş olur. Bu səbəbdən, Allahdan başqa hər kəsin mütləq kasıb və aciz olduğunu, Allahın dilədiyi qulları üzərində dilədiyi sifətləriylə təcəlli edə biləcəyini düşünməz. Bu, çox cahil bir yanaşmadır və insanı şirkə sürükləyən bir düşüncə tərzidir. Çünki bu baxış bucağıyla hərəkət edildiyində Allahın sonsuz qüdrəti və hakimiyyəti tamamilə unudular və insan haqqı olmayan ilahlıq vəsfini özünə verər.
Doğru olan rəftar isə zənginliyin əsl sahibinin Allah olduğunu bilməkdir. Onun, göylərin və yerin tək hakimi olduğunu təqdir etmək və insana verdiyi bu zənginliyi dilədiyi anda ala biləcəyinin şüurunda olmaqdır. Zənginlik verilən insanı qiymətləndirərkən də onun zəngin, ya da kasıb olması əhəmiyyətli olmamalı, onun Allahın nemət verdiyi bir qulu olduğu düşünülməlidir. Məsələn, bu insanın ailə üzvləri malın əsl sahibi olaraq onu görsələr, yalnız ondan mədət umarlarsa, malın əsas malikinin Allah olduğunu unudub, bu insana da bu həqiqəti heç xatırlatmazlarsa, bu çox səhv bir baxış bucağı olar. Eyni şəkildə bu insanın yanında işləyən insanlar da özlərini yedirdənin də, içirdənin də, ehtiva edənin də Allah olduğunu unutmamalıdırlar. Allahı unudub, yanında işlədikləri insanı bir çox şeyə qadir, Allahdan müstəqil bir gücə sahib olaraq dəyərləndirirlərsə, bu çox böyük bir ağılsızlıq olar. Necə ki, bu həqiqət insanlara Quranda da bildirilmişdir:
 

"... Şübhəsiz ki, sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər Elə isə ruzini Allahdan diləyin, Ona ibadət edin və Ona şükür edin. Siz ancaq Ona qaytarılacaqsınız." (Ənkəbut surəsi, 17)