Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 31

Məhz onlar üçün ağacları altından çaylar axan Ədn bağları hazırlanmışdır. Onlar orada qızıl bilərziklərlə bəzədiləcək, taftadan və atlazdan yaşıl paltarlar geyəcək və orada taxtların üstündə dirsəklənəcəklər. Nə gözəl mükafat, necə də gözəl məskəndir! (Kəhf surəsi, 31)

 
Bu ayədə gözəl davranışlar göstərib, Allahın razılığını qazanmaq üçün cəhd edən möminlərin qarşılıq olaraq alacaqları sonsuz cənnət nemətləri təsvir edilir. Allah Qurandakı bir çox ayəsi ilə iman gətirənləri cənnət ilə müjdələmişdir. Məsələn, Nəhl surəsində möminlərin, gözəl bir qarşılanma ilə dəstə-dəstə cənnətə sövq ediləcəkləri bildirilir:
 
Onlar ağacları altından çaylar axan Ədn bağlarına girəcəklər. Orada onların ürəklərinin istədikləri hər şey vardır. Allah müttəqiləri belə mükafatlandırır. O kəslər ki, tər-təmiz olduqları halda, mələklər onların canını alıb deyirlər: “Sizə salam olsun! Əməllərinizə görə Cənnətə girin!”  (Nəhl surəsi, 31-32)

Bu şərəfli qarşılanmadan sonra Allahın özləri üçün hazırlamış olduğu, saysız nemətlərlə dolu cənnətdə sonsuz həyatlarına başlayacaqlar. Cənnət həyatında möminlərin layiq görüldükləri bir çox gözəllik vardır. Ancaq bu gözəlliklərin hamısından üstün Allahı razı etmiş və Onun cənnətinə qovuşmuş olmanın verdiyi mənəvi həzz olacaq. İnkar edənlər, içinə atıldıqları cəhənnəm əzabında tərifsiz peşmanlıqlar içində əzab çəkərlərkən, möminlər Allahın sevdiyi və özlərindən razı olduğu qullar olaraq həyatlarını davam etdirəcəklər. Dar və sıxılmış olan cəhənnəmin əksinə "genişliyi göyün və yerin genişliyi qədər olan, Allaha və Onun Peyğəmbərinə iman edənlər üçün hazırlanmış" (Hədid surəsi, 21) olan cənnətdə yerləşəcəklər. Cənnətdə hər baxdıqları yerdə böyük bir mülk və gözəllik görən möminlər, ağır işlənmiş ipəkdən yataqlar üstünə söykənib, dərilməsi asan meyvələrdən yeyərlər. Ağaclar altından çaylar axan köşklərdə yerləşib, yüksək taxtlarda oturacaq, bir-birləriylə qarşılıqlı söhbət edəcəklər. Allahın Quranda tərifini etdiyi cənnətdə nə isti, nə soyuq tam qərarında kölgəliklər olacaq.
Kəhf surəsinin 31-ci ayəsində ifadə edildiyi kimi, yüngül ipək və ağır işlənmiş ipəkdən yaşıl paltarlar ilə qızıl bilərziklər cənnət əhlinə layiq qılınan geyimlərdir. Gözəl geyimləri ilə bərabər Allah cənnət əhlinə gözəl yeməklər və içkilər də verəcəkdir. Müxtəlif meyvələr, quş əti və içənlərə ləzzət verən içkilər, neçə-neçə bağlar və üzüm bağları, bənzərsiz xurma və nar ilə budaqları bükülmüş albalı ağacları, üst-üstə düzülmüş meyvələri sallanmış banan ağacları Quranda Allahın bildirdiyi cənnət ruziləri arasındadır.
Bütün bu gözəlliklərlə bərabər dünya həyatında səbir edilməli olan çətinliklərin heç biri cənnətdə olmayacaq. Yorğunluq, qorxu, hüzn və ağıla gələ biləcək heç bir mənfiliyin olmadığı, sonsuz gözəlliklərlə dolu bir mühit olacaq. Bir ayədə Allah cənnət gözəlliklərini belə xəbər verir:
 
Müttəqilərə vəd olunan Cənnətin vəsfi (budur): orada xarab olmayan sudan çaylar, dadı dəyişməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan çaylar və təmiz baldan bulaqlar vardır və orda onlar üçün hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir ... (Məhəmməd surəsi , 15)

Allah cənnət nemətlərini və cəhənnəm əzabını Quran ayələriylə ətraflı olaraq təsvir etmişdir. İnsanların bu açıq-aşkar həqiqəti anlamazlıqdan gəlmələri özlərinə itkidən başqa bir şey gətirməyəcək. Bu səbəblə də insan, cənnətin bənzərsiz nemətlərinə qovuşmaq üçün axirətə istiqamətli ciddi bir hazırlıq etməli və səy göstərməlidir.
 

Budur axirət yurdu; Biz onu yer üzündə təkəbbürlük və fitnə-fəsad törətməyənlərə (hədiyyə) edərik. (Gözəl) aqibət müttəqilərindir. (Qəsas surəsi, 83)