Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 65

Onlar orada Öz tərəfimizdən mərhəmət bəxş etdiyimiz və elm öyrətdiyimiz (ledun elmi) qullarımızdan birinə rast gəldilər. (Kəhf surəsi, 65)

Əvvəlki hissələrdə də açıqladığımız kimi Allah qullarına qarşı sonsuz mərhəmət sahibidir, Rəhman və Rəhimdir. Hz. Musanın görüşmək üçün yola çıxdığı hz. Xızır isə Allahın ona rəhmət verdiyi bir insandır. Yəni Allahın Rəhman və Rəhim sifəti hz. Xızır üzərində təcəlli edir. Allah, hz. Xızıra Öz Qatından üstün bir elm vermiş və onu üstün bir qul etmişdir. Hekayənin davamında da hz. Xızırın üstün mərhəmət anlayışının bir çox nümunəsini görəcəyik.
Bu nöqtədə Qurandakı mərhəmət anlayışının da üzərində dayanmaq lazımdır. Allahın, "Sonra da iman gətirən və bir-birinə səbri tövsiyə edən, mərhəməti tövsiyə edənlərdən olmaq. Onlar sağ tərəf sahibləridir!" (Bələd surəsi, 17-18) ayələrində də bildirdiyi kimi mərhəmətli olmaq, bir mömin xüsusiyyətidir.
Həyatlarını Allahın razılığını qazanmağa həsr edən möminlər, Allahın bu hökmünü əskiksiz və qüsursuz olaraq yerinə yetirməyə çalışırlar. Onların mərhəmət anlayışlarının əsasında Allaha olan səmimi imanları yatar. Möminlər Allahın iznindən kənarda heç bir hadisənin reallaşmayacağını və Onun özlərinə bəxş edəcək hər şeyə möhtac olduqlarını bilirlər. Bu səbəbdən, bu qavrayışdan qaynaqlanan bir təvazökarlığa sahibdirlər. Təvazökarlıq sahibi olmayan bir insan həqiqi mənada mərhəmətli də ola bilməz. Çünki yalnız özünü düşünər və öz maraqları, öz nəfsinin istəklərini hər kəsdən üstün tutar. Bu səbəblə, başqalarının ehtiyaclarını, əskikliklərini heç əhəmiyyətli hesab etməz. Bunun təbii bir nəticəsi olaraq da kimsəyə qarşı şəfqət və mərhəmət hissləri bəsləyə bilməz. Halbuki təvazökar və Allaha tam təslim olmuş bir insan, Allahın yaratdıqlarına qarşı da dərin bir şəfqət və mərhəmət hiss edər.
Möminlərin mərhəmət göstərmədəki qərarlılıqlarının bir səbəbi də Allahın razı olacağı kimi bir əxlaqa sahib olmağı istəmələridir. Allah bir çox ayədə açıqlandığı kimi "mərhəmətlilərin ən mərhəmətlisi" dir. Bu səbəbdən möminlər də mərhəməti, güclərinin çatdığı ən son sərhədə qədər yaşamağa çalışırlar. Möminlər, "Əgər Allahın sizin üzərinizdə fəzli və rəhməti olmasaydı və Allah həqiqətən Rauf (şəfqət edən və) Rəhim olmasaydı (nə edərdiniz)?" (Nur surəsi, 20) ayəsiylə də bildirildiyi kimi, Allahın onlara olan şəfqətinə və mərhəmətinə möhtacdırlar. Allahın özlərinə mərhəmət etməsini istədikləri üçün də digər möminlərə qarşı əllərindən gəldiyincə mərhəmətli olmağa çalışırlar.
Möminlər hər mövzuda olduğu kimi mərhəmət mövzusunda da özlərinə ölçü olaraq yalnız Quranı götürürlər. Bu səbəblə də, mərhəməti ancaq Allahın mərhəmət edilməsini bildirdiyi hallarda və yenə Allahın təyin etdiyi şəxslərə göstərirlər.
Bəzən bir möminə olan sevgi və mərhəmət, nəfslərinə çətin və ağır gələ biləcək bəzi nöqtələrdə onlara müdaxilə və ya tənqidlər etməyi tələb edə bilər. Qarşılarındakı adamın etdiyi pis bir rəftarda onu tənqid edə, yəni Quranda əmr edildiyi üzrə pislikdən uzaqlaşdıra bilərlər. Əsl mərhəmət də budur. Hər müsəlman, bacı-qardaşının Qurandan kənar bir hərəkətini əngəlləməyi gözə alar, amma o adamın sonsuz həyatını cəhənnəmin içində keçirməsini gözə ala bilməz. Bu səbəblə də, Allahın ən çox razı olacağı əxlaqı yaşaması istiqamətində təşviq edərək onu cənnətə hazırlayar. Unutmamaq lazımdır ki, əsl mərhəmətsizlik, qarşı tərəfin axirətini düşünmədən, etdiyi səhv işlərə bilərək kənardan izləyici olmaqdır.

Allah Peyğəmbərimiz (s.ə.v)-in mərhəmət anlayışını bir ayədə "And olsun sizə, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o sizə qarşı qayğıkeş, möminlərə şəfqətli və mərhəmətli olan bir elçidir" (Tövbə surəsi, 128) ifadəsiylə bildirmişdir. Məhz bu əxlaqı özlərinə nümunə götürən inananlar da bir-birlərinin axirət mənfəətlərini güdərək, Allahın əmr etdiyi şəkildə davranarlar.