Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 1

Kitabı Öz quluna nazil edən və onda heç bir nöqsana yol verməyən Allaha həmd olsun! (Kəhf surəsi, 1)

Kəhf surəsinin ilk ayəsində Allah şükür etmənin əhəmiyyətinə diqqət çəkir. Allah insana sahib olduğu hər şeyi; mükəmməl işləyən vücudunu, dünyadakı yaşanan mühiti, səmadakı nizamı, yeməkləri, suyu və daha nələri verəndir. Allah sonsuz comərd olandır. Rəbbimiz insanlara dünya həyatında ümumiləşdirməylə belə sayıla bilməyəcək qədər çox nemətlər vermişdir. Bu həqiqət, bir ayədə belə xatırladılır:
 
Əgər Allahın nemətlərini saymalı olsanız, ümumiləşdirmə edərək belə onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir. (Nəhl surəsi, 18)

Allaha, verdiyi bütün nemətlərdən ötrü həmişə şükür etmək iman edənlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biridir. Unudulmamalıdır ki, Allah bütün bu nemətlərlə insanları sınayır. Allah, Nisa surəsinin 147-ci ayəsində "şükrün əvəzini verən" olduğunu xəbər verir. Buna baxmayaraq, insanların böyük bir hissəsi özlərinə verilən nemətlərə nankorluq edirlər. Hz. Süleymanın Nəml surəsindəki sözləri belədir:
 
... "Bu, Rəbbimin fəzlindəndir, Ona şükür edəcəyəm, yoxsa nankor olacağam deyə  məni sınadığı üçün (bu qeyri-adi hadisə reallaşdı). Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim Qani (heç bir şeyə və kimsəyə ehtiyacı olmayan) dır, Kərim olandır. " (Nəml surəsi, 40)

Axırzaman isə insanların şükürdən tamamilə uzaqlaşdıqları bir dövrdür. Bu dövrdə insanlar bütün nemətləri verənin Allah olduğunu unudar, dünya həyatına böyük bir ehtirasla bağlanarlar. Sahib olduqları maddi-mənəvi hər cür zənginliyi özlərindən bilərlər. Bu nemətləri öz səyləriylə, zəkalarıyla və layiq olaraq əldə etdiklərinə inanarlar. Ancaq bu şəkildə düşünən kəslər, əslində Allaha qarşı çox böyük bir nankorluq içində olduqlarını qəti olaraq bilməlidirlər. Çünki insana sahib olduğu bütün nemətləri verən Allahdır. Necə ki, ayələrdə bu həqiqət belə bildirilir:
 
Sizə hər istədiyiniz şeyi verdi. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqət budur ki, insan çox zalım, çox nankordur. (İbrahim surəsi, 34)
 
Nemət olaraq sizə çatan nə varsa, Allahdandır, sonra sizə bir zərər toxunduğu zaman (yenə) ancaq Ona yalvarırsınız. Sonra sizdən zərəri aradan qaldırdığında, sizdən bir qrup (dərhal) Rəbbinə şərik qoşar; Özlərinə verdiyimiz nemətlərə nankorluq etmək üçün belə edirlər. Hələlik faydalanın! Tezliklə biləcəksiniz. (Nəhl surəsi, 53-55)

Nəhl surəsinin yuxarıdakı ayələrində bildirildiyi kimi, insanlar Allahın verdiyi nemətləri unudur və Ona şərik qoşarlar. İnsanları Allahın nemətlərinə qarşı nankorluq etməyə məcbur etmək və şükürdən uzaqlaşdırmaq isə şeytanın bir taktikasıdır. Bu şəkildə onları inkara yaxınlaşdırır və Allahın yolundan azdırır. Şeytanın bu hiyləgər taktikası və əsil məqsədi Quranda belə bildirilir:
 
"Sonra onların yanına önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm. Onların əksəriyyətini şükür edən görməyəcəksən". (Allah) dedi: "Oradan mənfur və qovulmuş olaraq çıx. Onlardan kim sənin ardınca getsə, cəhənnəmi sizlərlə dolduracağam." (Əraf surəsi, 17-18)

Allaha şükür etmənin əhəmiyyətinə ayələrdə diqqət çəkilməsinə baxmayaraq, insanların şükürdən uzaqlaşmalarının əlbəttə ki, dünyada da bir qarşılığı vardır. Dünya üzərindəki yoxluq, qıtlıq, səfalət, əxlaqi çöküş kimi çətinliklərin təməlində insanların Allahı unutduqları və şükür etməmələri durur. Şükür insana nemətlərin, rifahın və əmin-amanlığın qapılarını açarkən, şükürdən uzaqlaşıb, nankorluq etmək isə böyük bir əzab gətirir. Allah bir ayəsində bu şəkildə buyurur:
 
"Rəbbiniz belə buyurmuşdu:" And olsun ki, əgər şükür etsəniz sizə artıraram, yox əgər nankorluq etsəniz, şübhəsiz ki, Mənim əzabım şiddətlidir." (İbrahim surəsi, 7)

Ayədə də bildirildiyi kimi, şükür etməyən, Allahın nemətlərinə nankorluq edən bir insan şiddətli bir əzaba layiqdir. Necə ki, Allah bəhs edilən kəslərə həm dünyada, həm də axirətdə əzab verir.
Keçmişdə yaşanan hadisələr bu mövzuda əhəmiyyətli ibrət dərsləri verir. Ötən əsrdə dünyanı, Allahın dinini inkar üzərinə qurulmuş ideologiyaları mənimsəmiş kəslər idarə etmişdir. Faşizm və kommunizm kimi ideologiyalar, insanları haqq dinin gözəlliklərindən uzaqlaşdırmış, onlara inkarı cazibədar göstərmişdir. Bu zalım ideologiyaların arxasından sürüklənərək Allahı inkar edən insanlar, şükür etməyi də bunun bir nəticəsi olaraq unutmuş və illər boyu çox böyük bəlalarla qarşılıq görmüşlər. İnsanlar Allahın nemətlərinə nankorluq etmələrinin qarşılığını, nemət əskikliyi olaraq almışlar. Quranda nankorluğun qarşılığı belə xəbər verilmişdir:
 
Allah bir şəhəri misal çəkdi: (Xalqı) Təhlükəsizlik və hüzur içində idi, onun ruzisi də hər yerdən bol-bol gəlirdi; lakin Allahın nemətlərinə nankorluq etdi, Allah da onları etdikləri əməllərə görə aclıq və qorxu bəlası daddırdı. (Nəhl surəsi, 112)

XX əsr boyunca bütün dünyanın aclıq, yoxsulluq, qorxu və acı yaşamalarının təməlində də bu nankor əxlaqları var. Quranda Allahın nemətlərinə nankorluq edən insanların cəzalandırılacağı belə xəbər verilmişdir:
 

Nankorluqlarına görə onları belə cəzalandırdıq. Məgər biz nankordan başqasını cəzalandırarıqmı? (Səba surəsi, 17)