Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 71

Sonra hər ikisi yola düzəlib getdilər. Nəhayət gəlib gəmiyə mindikləri zaman Xızır onu deşdi. Musa dedi: “Sən gəmidə olanları suya qərq etmək üçünmü onu deşdin? Doğrusu, günahı böyük olan bir iş gördün”.
(Kəhf surəsi, 71)

Kəhf surəsinin bu ayəsindən hz. Musanın hz. Xızır ilə olan səfəri əsnasında yanında gənc yoldaşını aparmadığı aydın olur. Bu seçimin bir çox hikməti ola bilər. Ancaq bunlardan biri, ikitərəfli təlimin əhəmiyyətinə işarə etməsidir.
Həqiqətən də ikili təhsil ola biləcək ən yaxşı təhsil şəklidir. İzdihamlı topluluq içində ikən insanların diqqətlərinin dağıldığı, diqqətlərini toplamaqda çətinlik çəkdikləri bilinən bir həqiqətdir. Üç adam olunduğunda belə insanın diqqətinin dağıldığı, təhsilini aldığı mövzuya diqqətini yığmaqda çətinlik çəkdiyi məlumdur. Məhz bu səbəblə, Quranda təkbətək təhsilə işarə edilir. Bu şəkildə adam çox daha asan fikirlərini cəmləyə  bilir, diqqətini  həmin mövzuya verir və təhsili verən adamla birbaşa ünsiyyət halında olduğu üçün mövzuları çox daha sürətli qavraya bilir. Necə ki, bütün dünyada keçərli olan xüsusi dərs alma sisteminin əhəmiyyəti də bu müsbət üsuldan qaynaqlanır.
Ayədə diqqət çəkilən bir mövzu daha var: Hz. Musa hz. Xızırın çox qiymətli bir adam olduğunu, xeyirlə vəzifələndirildiyini çox yaxşı bilir.
Ayədə bildirilən hadisə, hz. Xızırın ilk qarşılaşdıqlarında ona söylədiyi səbir edə bilməyəcəyi hadisələrdən birinin qədərində reallaşdığı andır. Hz. Xızıra gələcəyə dair verilən məlumatın bir qismi beləcə reallaşmışdır. Hz. Musa isə qədərində yazılı olduğu üçün bu sualı soruşmuşdur. Burada bir peyğəmbər zəlləsi meydana gəlmişdir.

Zəllə, peyğəmbərlərin yanılmaları, unutmaları və ya səhvən etdikləri davranışlarına verilən addır. Bu zəllələrin hər biri çox böyük xeyirlərlə və hikmətlərlə, elçilərin qədərlərində yaradılır. Qədərdə hər bir zəllənin meydana gələcəyi an və yer məlumdur və bəllidir. Allah bu ayələrlə bizlərə bu tip zəlllərin meydana gələ biləcəyini bildirir.