Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 20

Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!” (Kəhf surəsi, 20)

Bu ayədə "daşqalaq edərlər" ifadəsiylə terrorist bir xarakter təsvir edilir. Dövrümüzdə də dinsiz ideologiyaların təsiri altında qalan insanlarda bu xarakter açıq şəkildə görülər. Məsələn, kommunist ideologiyanı mənimsəyən terroristlər, vətəni qorumaq üçün canları hesabına mübarizə aparan dövlət xadimlərinə, polislərə və jandarmalara, sadəcə dövlətə olan düşmənçilikləri səbəbiylə daş atır, hücum edirlər. Bunu etmələrindəki məqsəd isə bu kəsləri qorxutmaq, güclərini azaltmaqdır. Bu yolla kommunizm tərəfdarları, öz din düşməni ideallarını reallaşdıraraq, ölkələrini xaosa və qarışıqlığa sürükləyərək kommunist bir sistemi hakim etməyi məqsəd qoymuşlar.
Bu nəticəyə çatdıqdan sonra əsil hədəfləri isə dininə, vətəninə, millətinə bağlı insanları, özləri kimi -dinsiz, əxlaqi hər cür dəyərə qarşı, insanlar arasında daimi bir qarşıdurmanın lazım olduğunu iddia edən düşüncə sistemlərinə çevirməkdir. Yəni bütün insanları dövlətə qarşı qaldırmaq, küçələrə tökmək, qardaşı qardaşa qırdırmaqdır. Ancaq anarxist hərəkətlərin bir nəticəyə çatmayacağı və onlara tabe olanların da heç bir zaman qurtuluşa çata bilməyəcəkləri çox açıqdır. Allah bir ayəsində belə bildirmişdir:
 
Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır. (Rad surəsi, 25)

Buna görə Axırzamanda insanların, dünyaya bəladan başqa bir şey gətirməyən qanlı ideologiyalardan uzaq dayanmaları, din əleyhinə olan  ideologiyaların təxribatlarına, vəsvəsələrinə aldanmamaları, təxribatçıların tərəfində olmamaları son dərəcə əhəmiyyətlidir.