Kəhf surəsindən işarələr

Saytda müxtəlif hikmətlər, xatırlatma və nəsihətlər üzərində dayandıq. Rəbbimizin, "... Allahın sizə verdiyi neməti və sizə öyüd-nəsihət olaraq endirdiyi Kitabı və hikməti xatırlayın ..." (Bəqərə surəsi, 231) ayəsi ilə bildirdiyi hökmə əsasən ayələrin bəzi hikmətlərini şərhə etməyə çalışdıq.

Surə 23

Heç bir şey barəsində: “Mən onu sabah edəcəyəm!” – demə! (Kəhf surəsi, 23)

Qədər həqiqətini unudan insanların bütün həyatları sabah, gələcək ay, gələcək il, ya da yaşlılıq dövrləri üçün qəti planlar qurmaqla keçər. Kimisi iş yerində karyera qurmağın, kimisi həyatını həsr etdiyi idman sahəsində alacağı mükafatların, kimisi isə sahib olacağı mal və mülkün hesabını edər. Bu ayədə isə Allah, insanın sabah nə edəcəyini belə bilməyəcəyini xatırladır.
Ayədə bildirildiyi kimi, gələcəyə istiqamətli qəti bir ifadə işlədən insan, qədərin fərqində deyil deməkdir. Halbuki, insan yalnız və yalnız Allahın qədərində yazdığı şeyləri yaşayar. Əgər ertəsi gün etməyi planladığı şey qədərində yazılıysa edər, əgər Allah bu hadisəni yaşamasını təqdir etməmişsə, o zaman yaşamaz. Ancaq ertəsi gün üçün qədərində yazılı olmayan bir şeyi planlaması da yenə o insanın qədərindədir. Kiçik-böyük hər cür hadisənin, Allahın məlumatı daxilində reallaşdığının və bir kitabda qeydli olduğunun xəbər verildiyi ayələrdən biri belədir:
 
Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.  (Yunis surəsi, 61)

Qədər, Allahın keçmişdə yaşanan və gələcəkdə yaşanacaq olan bütün hadisələri bilməsidir. İnsanların bir çoxu isə, Allahın hələ yaşanmamış hadisələri əvvəldən necə bildiyini soruşarlar və qədəri qavraya bilməzlər. Halbuki yaşanmamış olan hadisələr, bizim üçün yaşanmamışdır. Allah isə zamana və məkana bağlı deyil, onsuz da bunları yaradan Özüdür. Bu səbəblə, Allah üçün keçmiş, gələcək və indi hamısı birdir və hamısı olub bitmişdir. Bizim bir xətkeşin əvvəlini, ortasını, sonunu və aralarındakı bütün rəqəmləri bir bütün olaraq tək bir anda asanlıqla görə bilməyimiz kimi, Allah bizim bağlı olduğumuz zamanı əvvəlindən sonuna qədər tək bir an olaraq bilir. İnsanlar isə yalnız zamanı gəlincə bu hadisələri yaşayıb, Allahın onlar üçün yaratdığı qədərə şahid olurlar.
Bunun əksini iddia etmək, yəni gələcəyə dair planlarının mütləq reallaşacağını qarşıya qoymaq, Allaha qarşı təkəbbür göstərmək deməkdir. Bunun sonu isə mütləq ziyandır. Ayədə bu kəslərin vəziyyətini Allah belə xəbər verir:
 

İman gətirib xeyirxah işlər görənlərə gəldikdə isə, Allah onların mükafatlarını tam verəcək və Öz lütfündən onlar üçün istədiyi qədər artıracaqdır. Allaha ibadət etməyi özlərinə ar bilənləri və təkəbbürlük göstərənlərə gəlincə, Allah onları ağrılı-acılı bir əzaba düçar edəcəkdir. Onlar Allahdan başqa özlərinə nə bir himayədar, nə də bir yardımçı tapacaqlar. (Nisa surəsi, 173)